18 Oktyabr 2024 08:25
378
SİYASƏT
A- A+
Qərb Gürcüstana təzyiq göstərməklə regiona müdaxilə etməyə çalışır

Qərb Gürcüstana təzyiq göstərməklə regiona müdaxilə etməyə çalışır


"Oktyabrın 26-da Gürcüstanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə tam proporsional seçki sistemi olacaq. Bu da o deməkdir ki, hər bir partiya parlamentdə yer tuta bilər". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Deputat bildirib ki, parlamentə keçmək üçün 5 faizlik baryeri aşmaq lazımdır. Bir neçə partiya arasında rəqabət getməkdədir.

"Gürcü Arzusu" partiyasının bir sıra üstünlükləri var. Bunlar  hakim partiya statusu daşıması, maliyyə administrativ resurslarına malik olmasıdır. Vaxtilə Saakaşvilinin rəhbərlik etdiyi Birlik Milli Hərəkat Partiyası da seçkilərdə iddia ilə çıxış edir. 2003-cü ildən 2012-ci ilə qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmişdə iqtidar  partiyası olmasıdır. Zəif tərəfi isə vahid proqramının yoxluğu, hələ də yeni lider axtarışında olmasıdır. "Ümumiyyətlə, parlamentə düşməyə iddialı, həm milli dəyərlərə söykənən, həm də Qərbyönümlü partiyalar çoxdur. Hər bir partiya Gürcüstanın ərazi bütövlüyünü düşünür ki, ən mühüm məsələ də budur. Qərbin təsirindən asılı olmayaraq, əsas məsələ Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsidir. Sonda seçim gürcü xalqının özünə aiddir", - deyə komitə sədri bildirib. 

A.Nağıyev qeyd edib ki, ABŞ-nin, Qərbin apardığı siyasət təkcə Gürcüstana aid deyil, bəzi coğrafiyaları da əhatə edir. Onlar bu yolla Cənubi Qafqazda mövqe tutmaq istəyirlər. Buna görə də bir sıra dövlətlərdən istifadə etməyə cəhd göstərirlər. Artıq Ermənistanı öz təsirləri altına salıblar. Çünki Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur, o, diktə altında işləyir. Qərb Gürcüstana da təzyiq göstərməklə, onun vasitəsilə regionda nüfuzlarını qaldırmağa çalışır. 

Gürcüstanın stratejiəhəmiyyətli dövlət olduğunu deyən komitə sədri bildirib ki, həm limanlarının mövcudluğuna görə fərqlənən, həm də beynəlxalqsəviyyəli kəmərlərin, digər makrolayihələrin Gürcüstan vasitəsilə həyata keçirilməsi ona olan marağı artırır.

Arzu Nağıyev vurğulayıb ki, Azərbaycanın Gürcüstanla geniş əlaqələri var: "Gürcüstan həm tərəfdaşımız, həm də dost ölkədir. Bu gün Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kəmərləri, eyni zamanda yeni infrastrukturlarda Azərbaycan şirkətlərinin çalışması regionun inkişafına mühüm töhfələr verir. Orta dəhlizin işləməsi, logistik daşımalar və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə daşımaların bir hissəsinin Gürcüstan limanları ilə baş tutması planlaşdırılır. Yəni iki ölkə arasında əlaqələr həm iqtisadi, həm siyasi, hətta hərbi sahədədir. Birgə hərbi təlimlər də böyük əhəmiyyət kəsb edir". 

A.Nağıyev bildirib ki, Gürcüstan Azərbaycan üçün mühüm strateji tərəfdaşdır. İki ölkə arasında əlaqələrin inkişafı regionun tərəqqisinə xidmət edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT rəsmisi: Yaşıl maliyyənin inkişafına kömək etmək üçün milli tərəfdaşlar və özəl sektorla işləməyə hazırıq  

12:23
18 Oktyabr

“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

12:09
18 Oktyabr

Əli Əhmədov: Xaricdən edilən təhdidlər Azərbaycan cəmiyyətini daha da birləşdirir

11:54
18 Oktyabr

Sahibə Qafarova: Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib

11:37
18 Oktyabr

Türkiyədə ağır yol qəzası: 6 nəfər həlak olub, 20 yaralı var

11:34
18 Oktyabr

Ötən gün polislərin aşkarladıqları silah-sursatın sayı açıqlanıb

11:33
18 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:30
18 Oktyabr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

11:24
18 Oktyabr

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:21
18 Oktyabr

“Yaşıl enerji” mənbələrinə mediatur təşkil edib

11:14
18 Oktyabr

Ombudsman Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

10:42
18 Oktyabr

Azərbaycan nefti ucuzlaşıb

10:28
18 Oktyabr

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

10:14
18 Oktyabr

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

09:46
18 Oktyabr

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var  

09:25
18 Oktyabr

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərə gəlib

09:23
18 Oktyabr

Messi tarixin ən yaxşı futbolçusu seçilib

09:21
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

09:19
18 Oktyabr

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!