16 Oktyabr 2024 08:20
198
SİYASƏT
A- A+
Yeni zəfərlərin müjdəsi

Yeni zəfərlərin müjdəsi


2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək demişdir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Seçkilərdə xalqın böyük sevgisini və səsini qazanan Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başlayanda andiçmə mərasimində ona göstərilən etimada görə xalqa dərin minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".


Qazanılan Zəfər Qarabağa əbədi sülh gətirdi


Bununla da ölkəmizin gələcək inkişafında parlaq bir mərhələnin bünövrəsi qoyuldu. Yaşanan tarix bir daha sübut edir ki, Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi vədlərin hamısını ardıcıllıqla yerinə yetirib. Ötüb arxada qalmış iyirmi bir il ərzində ölkəmizin bütün sahələrində sürətli inkişafa, tərəqqiyə nail olunub, insanların rifahı əvvəlki zamanlardan çox-çox yaxşılaşıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi, iqtisadi imkanları xeyli genişlənib. Ölkəmizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənib. Bunun nəticəsidir ki, regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr yalnız və yalnız Azərbaycanın iştirakı ilə, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

Ən çox sevindirici və qürurverci odur ki, ötən illər ərzində ölkəmizin müstəqilliyinin təminatçısı olan güclü, qüdrətli ordu yaradılıb. Daim gücünü, qüdrətini artıran Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi. Azərbaycan xalqının dövlət suverenliyi tam bərpa olundu. Düşmən üzərində qazanılan Zəfər ölkəmizin ərazisində erməni separatizminə birdəfəlik son qoydu.

Bununla da Ulu Öndərin torpaqlarımızın azadlığı ilə bağlı müqəddəs arzusu həyata keçirildi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müntəzəm olaraq xalqa müraciətlər edir, yeni zəfərin müjdələrini verirdi. Pezidentin xalqa etdiyi müraciətlər demək olar ki, erməni işğalçıları üzərində qazanılan şanlı qələbələrin müqəddiməsi oldu. 


Ordumuz Ermənistanın "məğlubedilməzlik" mifini darmadağın etdi


Hər bir dövlətin müstəqilliyinin ən etibarlı təminatçısı onun ordusu, silahlı qüvvələridir. Prezident İlham Əliyevin Azərbaycan Ordusunun qurulması istiqamətində atdığı uğurlu addımlar, həyata keçirdiyi səmərəli islahatlar ordumuzu regionun ən güclü və qüdrətli silahlı qüvvələrinə çevirdi. Həm peşəkar zabit heyətinin hazırlanması, həm hərbi arsenalın ən müasir silahlarla təchiz edilməsi istiqamətində olduqca zəruri addımlar atıldı. Bu addımlar sonda Azərbaycan xalqını qələbələrə, zəfərlərə qovuşdurdu.  

Zamanında və uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu xeyli güclənmişdi. Artıq erməni işğalçıları bu ordunun qarşısında duruş gətirə bilməzdi. Prezident İlham Əliyev Azərbaycan xalqını da, onun yenilməz ordusunu da Qələbəyə hazırlamışdı. Amma dövlət başçısı özünün də dəfələrlə vurğuladığı kimi, müharibə tərəfdarı deyildi. İşğal olunmuş torpaqlarımızın sülh danışıqları yolu ilə azad olunması istiqamətində danışıqlar gedirdi. Müharibə tərəfdarı olmayan ölkəmiz sülhə sadiq idi. Lakin işğalçı Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir, BMT-nin müxtəlif illərdə qəbul etdiyi qətnamələrə məhəl qoymur, danışıqlar yolu ilə torpaqlarımızı geri qaytarmırdı. Əksinə, beynəlxalq hüququn ziddinə olaraq yeni ərazilərimizi işğal etməyə hazırlaşırdı. Çirkin məqsədinə çatmaq üçün cəbhə xəttində atəşkəs rejimini pozur, tez-tez ərazimizə təxribat qrupları göndərirdi. Göndərilən bu təxribatçı qruplar ordumuzun hissələri tərəfindən vaxtında aşkarlanıb zərərsizləşdirilirdi. Amma düşmən yenə də işğalçılıq planlarından əl çəkmirdi. 

27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Düşmən yeni ərazilərimizi ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçdi. Ermənistan silahlı qüvvələrinin hücumları qısa müddət ərzində ordumuzun cəsur zabit və əsgərləri tərəfindən dayandırıldı. Müzəffər Ali Baş Komandan işğalçıların təxribat əməllərinin qarşısını almaq məqsədilə  əks-hücum əmri verdi. Əmri yerinə yetirən rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 44 gün ərzində azad etdi. Hərbi ekspertlərin qeyd etdiyinə görə, bu, dünyanın hərb tarixində nadir müharibələrdən hesab olunur. Xüsusilə döyüşlərin getdiyi ərazinin relyefi işğalçılar üçün təbii istehkam yaradırdı və Ermənistan işğal müddətində demək olar ki, o torpaqları viran qoymaqla yanaşı, həm də ciddi maneələr quraraq keçilməz sədd yaratmışdı. Buna baxmayaraq, Silahlı Qüvvələrimiz Ermənistanın "məğlubedilməzlik" mifini müharibənin ilk günlərindən alt-üst etdi.


Tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr


Erməni işğalçıları ordumuzun gücü, qüdrəti qarşısında çox duruş gətirə bilməyərək geri çəkilməyə məcbur oldu. Şəhər və kəndlərimiz bir-birinin ardınca işğaldan azad edilməyə başladı. Azərbaycan xalqı hər gün cəbhə bölgəsindən qələbə müjdəli xəbərlər alırdı. Erməni işğalçıları illərdən bəri möhkəmləndikləri mövqelərdən geri qovulurdu. Azərbaycan Ordusu gücü, qüdrəti ilə torpaqlarımızı qəsbkarlardan azad edirdi. Dayanmadan düşməni geri sıxışdıran Azərbaycan Ordusunun zabit və əsgərləri noyabrın 8-də hər birimiz üçün doğma və əziz olan, Qarabağın tacı, musiqi beşiyimiz Şuşanı erməni işğalçılarından azad etdi. Həmin gün tariximizə qızıl hərflərlə yazıldı. 

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada yenilməz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçımız informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına reallığı əks etdirən müsahibələri ilə xətt çəkirdi. 

İkinci Qarabağ müharibəsində qazanılan uğurlar, döyüşlərin gedişləri, hərbi qulluqçularımızın qəhrəmanlığı, xalqımızın mübarizliyi və həmrəyliyi, ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dönməz qətiyyəti haqqında çox yazılıb və bundan sonra da yazılacaq. Bütün bu yazılanlar tarixin yaddaşından heç vaxt silinməyəcək. 

Dövlət başçısı müharibədə qələbənin asan qazanılmadığını dəfələrlə xatırladaraq demişdir: "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti bahasına, dövlətimizin siyasəti hesabına qazanmışıq". 


Azərbaycan həmişə sülh tərəfdarı olub


Erməni qəsbkarları üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq demək olar ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qəhrəmanlıq tarixidir. Zabit və əsgərlərimiz 44 günlük Vətən müharibəsində əsl igidlik, cəsurluq göstərdilər. Bu qəhrəmanlıq nümunələri ilə bütün gələcək nəsillər həmişə fəxr edəcəklər. Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış qələbədən qürurla danışır: "Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədlərini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq..." 

44 günlük Vətən müharibəsində düşməni məğlub edib Zəfər qazanmağımıza baxmayaraq, Azərbaycan Prezidenti yenə də sülhə, danışıqlara üstünlük verir, böyük səbir və təmkin nümayiş etdirir. Ermənistanı təcavüzkarlıq əməllərinə birdəfəlik son qoymağa, ayrı-ayrı dövlətlərin yalançı vədlərinə uymamağa, sərsəm fikirlərdən, qıcıqlandırıcı bəyanatlardan, boş hay-küydən  əl çəkib reallıqları qiymətləndirməyə çağırır. Dövlət başçısı beynəlxalq təşkilatları, Ermənistana havadarlıq edənləri, münaqişəni yenidən qızışdırmağa çalışanları ciddi tənqid etməklə bərabər, onlara öz yerini də göstərir, qətiyyətli mövqeyini bildirir və həyata keçirdiyi tədbirlərlə qurub-yaratmaq niyyətində olduğunu, vətəninə, torpağına, xalqına ürəkdən bağlılığını, ədalətə, haqqa, sülhə, əməkdaşlığa böyük dəyər verdiyini və bunu əməlləri ilə sübut etdiyini bütün dünyaya açıq göstərir.  

Ötən ilin 19-20 sentyabrında Azərbaycan Ordusu ölkəmizə qarşı olan təxribatlara son qoymaq məqsədilə uzun illərdən bəri Qarabağda məskən salmış erməni separatçılarına qarşı lokal xarakterli antiterror əməliyyatı keçirdi. Sutkadan da az davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri yüksək dəqiqliklə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldırıb təslim oldu. Bununla da Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və erməni separatçıları Qarabağdan çıxarıldı. 


Azərbaycan xalqını əmin-amanlığa aparan yol


Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla başa çatan antiterror əməliyyatından sonra ötən il oktyabr ayının 15-də Qarabağa tarixi səfər etmişdi. Dövlət başçısı Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda və başqa şəhər və qəsəbələrdə üçrəngli bayrağımızı ucaltmışdı. Prezident bu addımı ilə dostlarımızı sevindirmiş, düşmənlərimizə gözdağı vermişdi. Qarabağ torpaqlarında Azərbaycan bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər tariximizə yeni səhifələr yazdı. Bu səhifələr hər birimizin qürur hissini daha da coşdurdu. Dövlət başçısı Xankəndidən dünyaya bu mesajı verdi: "Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın".

Prezident İlham Əliyev bu gün sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran Komandan kimi tanınır və sevilir. Dövlət başçımızın Müzəffər Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, qeyri-adi fədakarlıq qabiliyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə dünyaya göstərdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin qəhrəmanlığı - düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi deyilənlərə parlaq nümunədir. 44 günlük Vətən müharibəsinin başa çatmasından dörd ilə yaxın vaxt keçsə də, bu gün Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə göstərdiyi fədakarlıq və qəhrəmanlıq nəticəsində düşməni məğlub etməsi dünyanın ən aparıcı hərbi institutları, ABŞ, Rusiya, Çin və digər dövlətlər tərəfindən araşdırılmaqda, ətraflı öyrənilməkdədir.

Bütün bunlar şanlı Azərbaycan Ordusunun, bu ordunun Müzəffər Ali Baş Komandanı olan İlham Əliyevin güclü sərkərdəliyindən, özünəməxsus bacarığından, qətiyyətindən, dövlət xadimi kimi zəngin təcrübə və səriştəsindən xəbər verir. Bütün bu müsbət insani və bəşəri keyfiyyətlər həm də Prezident İlham Əliyevin gələcəkdə qazanacağı yeni zəfərlərə, yeni qələbələrə geniş yollar açır. Bu geniş yollar isə dövlət başçısının rəhbərliyi altında Azərbaycan xalqını xoşbəxtliyə və əmin-amanlığa aparır.  


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!