16 Oktyabr 2024 08:30
165
SİYASƏT
A- A+
Azərbaycanın regionda yeni konfiqurasiya formalaşdırması ABŞ-ni qıcıqlandırır

Azərbaycanın regionda yeni konfiqurasiya formalaşdırması ABŞ-ni qıcıqlandırır


"ABŞ Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi davranıb. Biz bunu müstəqillik tariximizin lap başlanğıcından müşahidə etmişik. 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını ard-arda işğal edən zaman ABŞ Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul etdi. Əslində, Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirən Ermənistan üçün bu düzəliş qəbul olunmalı idi". 

Bu sözləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, 907-ci düzəlişdən sonra Ermənistan Azərbaycan torpaqlarını daha da intensiv işğal etməyə başladı. Bir neçə yaşayış məntəqəmizdə soyqırımı cinayətləri törətdi. ABŞ eyni zamanda erməni məsələsinin qaldırılmasının əsas səbəbkarlarından biri idi. "Hətta ötən əsrin 80-ci illərində ABŞ-dəki ermənilər separatçı rejimin qurulması üçün bütün dəstəyi göstərirdilər. Sonrakı mərhələdə separatçı rejimlə ən sıx əməkdaşlıq edən dövlət də ABŞ idi. Bu rejimin rəhbərləri ABŞ-yə səfərlər edir, orada ən yüksək səviyyədə qəbul olunurdular. Bu da onu göstərirdi ki, Amerika ilə Azərbaycan ərazisindəki separatçılar arasında sıx əlaqələr var və ermənilər bu dövlətdən hər cür dəstək alırlar. Bu baxımdan Vaşinqtonun Azərbaycana qərəzli mövqeyi təəccüblü deyil. Sadəcə olaraq, ABŞ bu gün daha açıq şəkildə qərəz nümayiş etdirir", - deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdiyinə görə, bu mövqe tam açıq müstəviyə keçib. Azərbaycan ABŞ-nin ermənilərlə bağlı Cənubi Qafqazdakı planlarını da iflasa uğratdı. Amerika üçün bu regionda münaqişənin qalması onun təhlükəli maraqlarının təmini baxımından vacib idi. Azərbaycan isə regiona təhlükəsizlik, sülh, yeni əməkdaşlıq imkanları gətirdi. Prezident İlham Əliyevin iradəsi, Azərbaycan Ordusunun qüdrəti ilə Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşdı. Bu isə ABŞ-ni çox qıcıqlandırır. 

Ekspert vurğulayıb ki, rəsmi Vaşinqton bu regionda öz maraqlarına xidmət edən, idarə olunan rejimləri görmək istəyir: "Azərbaycan isə milli maraqları çərçivəsində mövqe sərgiləyir, bu da Amerika tərəfindən həzm edilmir. Ona görə də Azərbaycana qarşı hücumlar intensivləşir. ABŞ aydın müşahidə edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və təsiri davamlı olaraq artır. ABŞ siyasilərinin düşüncəsi odur ki, Azərbaycan nə qədər təsir gücünə malik olacaqsa, özünü  bir o qədər qətiyyətli, milli maraqlarının qorunması istiqamətində inamlı aparacaq. Bu da onlara sərf etmir".

Cənubi Qafqazın ABŞ üçün strateji bir region olduğunu qeyd edən E.Mirbəşiroğlu bildirib ki, Vaşinqton bu regionda öz təsirini tam bərqərar etmək istəyir. Bunu da Cənubi Qafqaz ölkələri üzərindəki təsir imkanları ilə edə bilər. Azərbaycan üzərində bu təsir imkanları mövcud deyil. Gürcüstanda qarşıdakı parlament seçkiləri zamanı dövlət çevrilişinə cəhd edəcəklər. Ermənistanla bağlı vəziyyət isə aydındır. Bu ölkə ABŞ-nin aləti rolunda çıxış edir. Amerika da Cənubi Qafqazda olan yeganə alətini əldən vermək istəmir, onun nazı ilə oynayır. Ermənistanın da Amerikadan əsas gözləntisi odur ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirsin, ədalətsiz qərarlar qəbul etsin. 

E.Mirbəşiroğlu vurğulayıb ki, hazırda COP29 öncəsi Azərbaycanı nüfuzdan salma kampaniyası həyata keçirilir: "Çünki yaxşı dərk edirlər ki, Azərbaycan bu konfransı ən yüksək səviyyədə təşkil edəcək. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu, təmaslarını daha da gücləndirəcək, müxtəlif platformalarda ölkəmizin təsir imkanlarını artıracaq. Bütün bunlar ABŞ tərəfindən əvvəlcədən proqnozlaşdırıldığına görə onlar rahat ola bilmirlər. ABŞ istəyir ki, Azərbaycan beynəlxalq təmaslarını da onun maraqları çərçivəsində qursun". 

Azərbaycanın maraqlarına uyğun olaraq dünya dövlətləri ilə əlaqələrini inkişaf etdirdiyini xatırladan ekspert deyib ki, ölkəmiz həmçinin MDB çərçivəsində də öz maraqlarına uyğun tam müstəqil siyasət yürüdərək təmaslarını sıxlaşdırır. Çinlə Azərbaycan arasında inkişaf etmiş siyasi münasibətlər və əməkdaşlıq mövcuddur. Rusiya ilə ölkəmiz arasında münasibətlər konstruktiv məcrada inkişaf edir. Bütün bunlar Qərb, başlıca olaraq ABŞ tərəfindən həzm olunmur. Ona görə də ölkəmizə qarşı qərəz nümayiş etdirilir. Amma bu halla ilk dəfə deyil ki qarşılaşırıq. Belə vəziyyət Azərbaycana təsir edə bilməz. Ölkəmizin kifayət qədər gücü, resurs potensialı var. Bu da həm müasir beynəlxalq münasibətlər sistemində öz təsir imkanlarını qoruyub saxlamağa, həm də əməkdaşlıq sistemində prioritetlərinə uyğun addımlar atmağa imkan verir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

 “Nokia 2300” yenidən qayıdır

12:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!