16 Oktyabr 2024 12:21
127
CƏMİYYƏT
A- A+
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2024-cü ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatı açıqlayıb.

Komissiyadan AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Сari ilin yanvar-sentyabr ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə, 7668 cinayət faktı aşkarlanıb. Onlardan 2402-si narkotik vasitələrin qanunsuz satışı, 5040-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 221-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 5-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən, ümumilikdə, müsadirə olunmuş 5 ton 480 kiloqram 818,632 qram narkotik vasitələrin və psixotrop maddələrin 505 kiloqram 794,459 qramını heroin, 4 ton 493 kiloqram 881,15 qramını marixuana, 146 kiloqram 571,141 qramını tiryək, 30 kiloqram 967,701 qramını həşiş, 174 kiloqram 569,787 qramını psixotrop maddələr, 129 kiloqram 034,394 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18 min 758 ədəd metadon, 14 min 314 ədəd çətənə kolu, 44 qram və 240 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1434,8 hektar sahədən 2 milyon 854 min 755 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 480 kiloqram 818,632 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 130 milyon 931 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5781 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək – 1 nəfər, 18-25 yaşadək 423 nəfər, 26-29 yaşadək 889 nəfər, 30 yaş və ondan yuxarı isə 4468 nəfər təşkil edir. Həmin şəxslərdən 5621-i kişi, 160-ı qadın olub.

Məsuliyyətə cəlb edilmiş 48 xarici ölkə vətəndaşından, ümumilikdə, 111 kiloqram 47,894 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 192 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 820 kiloqram 886,932 qram narkotik vasitə və psixotrop maddə, 18 min 758 ədəd metadon həbi, 1710 ədəd və 44 qram güclü təsir edən maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 249-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 760 kiloqram 859,311 qram narkotik vasitə, psixotrop maddə və 85,3 qram güclü təsir edən maddə müsadirə olunub. 2443 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 714 kiloqram 487,6 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 652, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 453, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 111, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 63, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 726 kiloqram 724,392 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 702 nəfər azalıb.

Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı isə 8 fakt artıb.

2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 334 kiloqram 752,245 qram (72,5 faiz), tiryəkin çəkisi 101 kiloqram 460,67 qram (40,9 faiz), həşişin çəkisi 20 kiloqram 616,293 qram (40 faiz), psixotrop maddələrin çəkisi 188 kiloqram 568,546 qram (51,9 faiz) azalıb.

Təhlil göstərir ki, qeyd olunan xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirilib.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 493 kiloqram 881,15 qramını (82 faiz) marixuana təşkil edib. Onun da 3 ton 888 kiloqramı (86,9 faiz) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 605 kiloqramı (13,5 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə cari il aprelin 16-17-də Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60 min 189 ədəd həb metadon, 58 min 773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3 min 477 ədəd həb, 19 min 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda, bu il iyulun 22-də Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv olunub.

Həmçinin 34 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 28 kiloqram 271,747 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 65 min 791 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2 min 225 nəfərdən 1441 nəfərin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlər görülüb.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 335, QİÇS-lə Mübarizə Mərkəzində 391, Sumqayıt Narkoloji Mərkəzində 151 nəfər) 877 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin sentyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 55 nəfəri (5,9 faizi) inyekson narkotik istifadəçiləri olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində 802 - qaynar xətt telefon zəng xidmətinə 1443 vətəndaş müraciəti daxil olub ki, onların 125-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 103-ü narkotik asılılıqdan müalicə, 1215-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 228 məktub ünvanlanıb.

Belə ki, 802 - qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Həmçinin narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Hesabat dövründə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə, ümumilikdə, 129 tədbir (65 maarifləndirici və təşkilati tədbir, 53 təlim, 6 sosial layihə, bir marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

BMT: Yəməndə vəba epidemiyasından ən azı 720 nəfər ölüb

15:21
16 Oktyabr

XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

15:06
16 Oktyabr

Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

14:50
16 Oktyabr

Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər ölüb

14:36
16 Oktyabr

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq işləri müzakirə edilib

14:35
16 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:34
16 Oktyabr

Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb

14:21
16 Oktyabr

Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam

14:20
16 Oktyabr

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub  

14:18
16 Oktyabr

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!