16 Oktyabr 2024 14:50
244
SİYASƏT
A- A+
Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

Bu ölkədə siyasi mühitə müdaxilə cəhdlərinin artması fövqəldövlətlərin Qafqaz bölgəsində proseslərə nəzarət imkanlarını genişləndirmək cəhdidir


“Hazırda regionda və dünyada baş verən proseslər gələcək siyasi hadisələrin inkişafı barədə proqnoz verməyi çətinləşdirib. Cənubi Qafqaz isə özünün geosiyasi əhəmiyyəti baxımından hegemon dövlətlərin maraqlarının toqquşduğu areala çevrilib”. 

Bu sözləri “Azərbaycan” qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Fuad Abdullayev deyib. O bildirib ki, xüsusən bu dövlətlərin maraqlarının təmin edilməsi istiqamətində tarixdə olduğu kimi indi də Ermənistandan istifadə edilir. Buna görə Qərbdə və regionda baş verən hadisələr siyasi iradəsi zəif olan Ermənistan hakimiyyətinin xarici siyasət kursuna təsir edəcək. Bu kontekstdə Gürcüstan və ABŞ-də keçiriləcək seçkilər Ermənistan üçün xüsusi maraq doğurur.


Gürcüstanda hazırkı iqtidarın seçkilərdə qalib gəlmə şansı çoxdur


Ekspertin fikrincə, qonşu ölkə Gürcüstanda gedən siyasi proseslər hazırkı iqtidarın parlament seçkilərində qalib gəlmə şansından xəbər verir. Ümumiyyətlə, Qafqazın yeni təhlükəsizlik sistemində, sosial-iqtisadi inkişaf meyillərində Azərbaycanla yanaşı, Gürcüstan da aparıcı mövqeyə malikdir. Azərbaycanın müəllifi olduğu regional layihələr Gürcüstanın sosial-iqtisadi inkişafına böyük töffə verir və onun müstəqil siyasət yürütməsi üçün həm də möhkəm təməl yaradır. Gürcüstanda siyasi mühitə müdaxilə cəhdlərinin artması məlum fövqəldövlətlərin yalnız bu ölkədə deyil, ümumilikdə Qafqaz bölgəsində proseslərə nəzarət imkanlarını genişləndirmək cəhdlərinin nəticəsidir.

F.Abdullayev hesab edir ki, seçkilərə qədər Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik gözlənilmir. Seçkilərdən sonra isə Ermənistanın xarici siyasətində hansı yol tutacağını proqnozlaşdırmaq üçün regionda baş verə biləcək proseslərə nəzər salmaq lazımdır. Eyni zamanda, Gürcüstanın hazırkı siyasi hakimiyyətinin ABŞ və Aİ ilə münasibətlərində yaşadığı gərginlik, Rusiya ilə əlaqələrində müəyyən yaxınlaşma Ermənistan üçün vəziyyəti daha da çətinləşdirib. Çünki Qərbə yeganə çıxış qapısı hesab edilən Gürcüstanda cərəyan edən siyasi proseslərin Ermənistanın Qərbyönümlü xarici siyasət kursuna təsir etmə ehtimalı çoxdur. 

“Hadisələrin bu kontekstdə inkişafı, əlbəttə ki, Ermənistan hakimiyyətini narahat edir və Nikol Paşinyanın sentyabrın 16-da Gürcüstana səfərini də məhz bu rakusdan qiymətləndirmək daha düzgün olar. Ümumiyyətlə, Qərb və Gürcüstan arasında münasibətlərin mənfi qrafik üzrə irəliləmə ehtimalı var və bu, onu deməyə əsas verir ki, Ermənistan öz xarici siyasət kursunda kollektiv Qərblə Rusiya arasında müəyyən balansı qorumağa, regionda bir növ Rusiyanın maraqlarını da nəzərə almağa çalışacaq. Paşinyanın oktyabrın 12-də İrəvanda keçirilən “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransı zamanı Zəngəzur dəhlizində yolun monitorinqi funksiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilə bilər açıqlaması da sonrakı siyasi proseslər qarşısında bir növ özünü sığortalamaq kimi qiymətləndirilə bilər”, - deyə siyasi təhlilçi əlavə edib.

F.Abdullayev qeyd edib ki, digər tərəfdən ABŞ-də seçkiqabağı vəziyyətin, xüsusilə prezidentliyə namizədlər Kamala Harris və Donald Trampın debatından sonra demokratlar lehinə dəyişməsi Ermənistanın xarici siyasət kursuna uyğundur. Buna, avqustun 19-da Çikaqoda ABŞ Demokratlar Partiyasının 50-ci Milli konqresində Ermənistan parlament nümayəndələrinin iştirakı da dəlalət edir. Belə ki, Kamala Harrisin prezidenliyə namizədliyi irəli sürülən bu tədbirdə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Sarqis Xandanyan, parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Tsovinar Vardanyan və Avropaya inteqrasiya üzrə daimi komitəsinin üzvü Sona Ğazaryan da iştirak ediblər. Bu fakt onu deməyə əsas verir ki, Ermənistanın hazırkı siyasi rəhbərliyi ABŞ-də demokratların seçilməsini açıq-aşkar dəstəkləyir. Bununla yanaşı, erməni separatizmini fəal şəkildə təbliğ edən erməni diasporunun fəaliyyətini də diqqətdən kənar saxlamaq olmaz. Qeyd edək ki, hazırda ABŞ-də fəaliyyət göstərən Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) demokratların qalib gəlməsinə dəstək verir və onlardan Ermənistanın milli maraqlarına dəstək olmaları üçün müəyyən vədlər də alıb. 


Rusiyanın hərbi uğurları artır, kollektiv Qərbin Ukraynaya dəstəyi azalır


Ekspert, ABŞ-də baş tutacaq seçkilərdə demokratların qalib gələcəyi təqdirdə kollektiv Qərbin, başda ABŞ və Fransa olmaqla Ermənistanın xarici və daxili siyasətinə yön verməyə davam edəcəyini istisna etmir: “Əlbəttə ki, bu dəstək 5 aprel Brüssel görüşündə razılaşdırılan siyasi, hərbi, iqtisadi və enerji təhlükəsizliyi sahələrinə kömək kontekstində baş tutacaq. Ermənistanın hakimiyyət nümayəndələri isə bunu öz xalqına nailiyyət kimi sırımağa davam edəcək. Kollektiv Qərb heç bir təhlükəsizlik təminatı vermədən Ermənistanı və xalqını öz maraqları çərçivəsində vasitə kimi istifadə etməyə çalışacaq. Buna paralel olaraq, Rusiyanın Cənubi Qafqazdan çıxarılması və Ermənistanın Rusiyadan qoparılması istiqamətində fəaliyyətlərin davam edəcəyi gözlənilir”. 

Siyasi şərhçi bildirib ki, yaxın gələcəkdə Ermənistanın Qərbə meyilli xarici siyasət kursunun davamı, eyni zamanda, Qərbin Ermənistanın xarici siyasətinə yön verməsi Ukrayna müharibəsinin nəticəsindən çox asılı olacaq. Heç şübhəsiz, Ukrayna cəbhəsində gedən proseslər və bu səbəbdən tətbiq edilən sanksiyalar Rusiyanın Ermənistandakı siyasi rıçaqlarına müəyyən qədər təsir edib. Lakin son günlər Rusiya qoşunlarının müəyyən hərbi uğurları və kollektiv Qərbin Ukraynaya dəstəyinin azaldığı müşahidə olunur. Bu baxımdan əgər Rusiya yaxın zamanda, məsələn, 3-6 ay ərzində uğur qazansa, bu, Ermənistanın xarici siyasət kursunda dəyişikliyə səbəb ola bilər. Hazırda Ermənistanın Rusiya ilə münasibətlərində hər nə qədər siyasi gərginlik müşahidə edilsə də, iqtisadi əlaqələr kifayət qədər inkişaf edir. Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yayınmasına fəal şəkildə kömək göstərir. 

F.Abdullayev xatırladıb ki, MDB dövlət başçıları sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşü zamanı ölkələr arasında ticarət dövriyyəsinin ilin sonunadək 14-16 milyard ABŞ dolları məbləğinə çatması ilə bağlı proqnozlar verib. Bununla belə, Ukraynada müharibənin davam edəcəyi halda Rusiyanın Ermənistanda təsir imkanlarının daha da azalmasına səbəb olacağı ehtimalı yüksək qiymətləndirilir. Avqustun 1-də  Rusiya sərhədçilərinin “Zvartnots” hava limanı və 2025-ci ilin yanvarın 1-də isə İran-Ermənistan sərhədindən çıxmasına Kremlin razılıq verməsi bu təsirin azalmasına ən doğru nümunədir. 


Ermənistan sülh müqaviləsi üçün vaxtı uzatmağa çalışır


Ermənistanın tarix boyu marionet şəxslər tərəfindən idarə edildiyini deyən ekspert bildirib ki, həmin şəxslər böyük dövlətlərin maşası kimi istifadə olunub. Yəni bir növ Ermənistan dövlətçiliyinin fundamenti bunun üzərində qurulub. 

Fuad Abdullayev bu səbəbdən Ermənistanın müstəqil siyasət yürüdərək Azərbaycanla sülhə istiqamətlənməsi ehtimalının az olduğunu deyir: “ Digər tərəfdən bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan özünümüdafiə adı altında silahlanmağa davam edir. Buna paralel olaraq hər il müdafiə xərclərini artırır və bu xərclər 2025-ci il üçün artıq 1,725 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmaması istiqamətində müəyyən addımlar atır və Azərbaycanla münasibətlərdə qeyri-səmimi mövqedədir. Azərbaycanın bütün təkidlərinə rəğmən bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanılması, yaxud 26 sentyabr 2024-cü il tarixində ölkənin Konstitusiya Məhkəməsinin konstitusiya ilə ziddiyyət təşkil edən qərarını buna misal gətirə bilərik”.

BMTM məsləhətçisi qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycanın bir çox sual doğuran məqamlar yer alan sülh layihəsini qəbul etməyəcəyini bilərək addım atır, özünü sülhsevər, bizi isə qeyri-konstruktiv mövqedə olduğumuzu beynəlxalq ictimaiyyətə göstərmək istəyir. 

Siyasi təhlilçi sonda vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi tərəfindən atılan addımlar onun sülh müqaviləsi bağlamaq istəmədiyini, sadəcə olaraq vaxt uzatmağa çalışdığını göstərir. Bütün bunlar isə ancaq bir məqsəd güdə bilər. Bu da Azərbaycana qarşı yenidən ərazi iddialarının baş qaldırmasına hazırlıqdır. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Minatəmizləmə haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

18:01
16 Oktyabr

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək

18:00
16 Oktyabr

Fond sədri: Ermənistanın BMT-nin transsərhəd su axarları üzrə Konvensiyasını ratifikasiya etməsi vacibdir

18:00
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına həsr olunmuş konfrans keçirilib  

17:58
16 Oktyabr

Bakıda və İmişlidə keçirilən əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb  

17:37
16 Oktyabr

Makronun açıqlamaları qəzəb doğurub: “Cəhalət və alçaqlıq nümunəsi”

17:29
16 Oktyabr

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

17:01
16 Oktyabr

Hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilikləri təkmilləşdirilir

16:52
16 Oktyabr

Harris “Bloomberg”ə müsahibə vermədi

16:37
16 Oktyabr

Tanınmış səyyah Xəzərin monitorinqini aparmaq üçün Bakıya günəş enerjisi ilə işləyən katamaran gətirəcək  

16:34
16 Oktyabr

ICESCO-nun rəhbəri ateizmə qarşı mübarizəyə çağırıb

16:23
16 Oktyabr

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!