16 Oktyabr 2024 17:58
201
CƏMİYYƏT
A- A+
İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına həsr olunmuş konfrans keçirilib  

İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına həsr olunmuş konfrans keçirilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şuşa şəhərində “İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək: ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans keçirib.

Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda dövlət, qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər və işçilər iştirak ediblər.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Xidmətin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi maarifləndirmə tədbirlərinə dair videoçarx təqdim olunub.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Elşad İskəndərov tədbiri açaraq, işğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına dəstək, ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri mövzusunda keçirilən konfransın əhəmiyyətindən danışıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Xidmətin işğaldan azad olunmuş ərazilərdə layiqli əməyin təminatına dəstək məqsədli maarifləndirmə işləri barədə məlumat verib.

Bu sahədə ötən ildən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə birgə keçirilən tədbirlərdə əməyin mühafizəsi və mina təhlükəsizliyi mövzularına xüsusi önəm verildiyi bildirilib. Həmin tədbirlərin 200-dən çox işəgötürən və 5 minədək işçini əhatə etdiyi qeyd olunub.

Gələn ay ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi, dövlət başçısının Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi bildirilib. İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsir göstərdiyini, maarifləndirmə tədbirlərinin bu mövzunu da əhatə etdiyi vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizdə işçilərin əmək hüquqlarının qorunması üçün elektron sistemlər üzərindən mütəmadi olaraq monitorinqlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Konfransda ANAMA-nın İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, AHİK sədrinin müavini Cavanşir Alxasov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Türkiyənin ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Muhammed Fatih Alodalı, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyevin çıxışları dinlənilib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərdə səmərəli əməkdaşlığa görə bir sıra işəgötürənlərə Dövlət Əmək Müfəttişliyi Xidməti “Təşəkkürnamə” təqdim edib. Konfrans çərçivəsində “Layiqli əmək: təhlükəsiz iş və zəmanətli gələcək” mövzusunda panel müzakirəsi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Argentinada Azərbaycanın COP29-la bağlı yanaşmasına tam dəstək ifadə olunub

19:57
16 Oktyabr

SOCAR və “Chevron” dekarbonizasiya, hasilat və nəql məsələlərini müzakirə edib

19:31
16 Oktyabr

Bakıda “SAP Discovery Day Baku” forumu keçirilib

19:05
16 Oktyabr

İordaniya mətbuatı: COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir

19:03
16 Oktyabr

Ermənistanın qanunsuz dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı brifinq keçirilib

19:01
16 Oktyabr

“Minatəmizləmə haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

18:01
16 Oktyabr

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək

18:00
16 Oktyabr

Fond sədri: Ermənistanın BMT-nin transsərhəd su axarları üzrə Konvensiyasını ratifikasiya etməsi vacibdir

18:00
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına həsr olunmuş konfrans keçirilib  

17:58
16 Oktyabr

Bakıda və İmişlidə keçirilən əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb  

17:37
16 Oktyabr

Makronun açıqlamaları qəzəb doğurub: “Cəhalət və alçaqlıq nümunəsi”

17:29
16 Oktyabr

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

17:01
16 Oktyabr

Hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilikləri təkmilləşdirilir

16:52
16 Oktyabr

Harris “Bloomberg”ə müsahibə vermədi

16:37
16 Oktyabr

Tanınmış səyyah Xəzərin monitorinqini aparmaq üçün Bakıya günəş enerjisi ilə işləyən katamaran gətirəcək  

16:34
16 Oktyabr

ICESCO-nun rəhbəri ateizmə qarşı mübarizəyə çağırıb

16:23
16 Oktyabr

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!