16 Oktyabr 2024 19:03
275
COP29
A- A+
İordaniya mətbuatı: COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir

İordaniya mətbuatı: COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir

İordaniyanın gündəlik əsasda çıxan və ən çox oxunan mətbu orqanlarından olan “Petra” Dövlət İnformasiya Agentliyində, “Nayrouz” qəzetində, o cümlədən İordaniyanın digər mətbu orqanlarında (“Oroba News”, “Əl-Urdun”, “Amman-post.com”, “Nabaajordan.com”, “Alhayatatnews.net”, “Marayanews.com” və “Cleopatranews.com” internet səhifələrində) səfir Eldar Səlimovun “Azərbaycan Respublikasında yaşıl enerji inqilabı: davamlı inkişafa vahid yanaşma” başlıqlı məqaləsi geniş şəkildə işıqlandırılıb.

Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncamı üzrə ölkə səviyyəsində həyata keçirilən əhəmiyyətli işlərdən bəhs edilib. Bildirilib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verib. Yazılarda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair müəyyənləşdirilmiş beş milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq üçün ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmini istiqamətində işləri uğurla apardığı qeyd edilib. Azərbaycanın bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm addımların atıldığı, bu xüsusda zəngin külək və Günəş potensialından istifadə edildiyi, həmçinin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağın milli hədəf olaraq müəyyənləşdirildiyi vurğulanıb.

Məqalədə, eyni zamanda, cari il noyabrın 11-22-də Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi cari ilin ən mühüm hadisəsi və Azərbaycanın ətraf mühitin qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirən mühüm fəaliyyətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya XİN rəsmisi: Azərbaycan erməni əhalisinə Qarabağa qayıtmaq imkanı yaradıb

21:40
16 Oktyabr

İzmirdə keçirilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”nün rəsmi açılışı olub

21:15
16 Oktyabr

İcma: Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir

20:47
16 Oktyabr

Argentinada Azərbaycanın COP29-la bağlı yanaşmasına tam dəstək ifadə olunub

19:57
16 Oktyabr

SOCAR və “Chevron” dekarbonizasiya, hasilat və nəql məsələlərini müzakirə edib

19:31
16 Oktyabr

Bakıda “SAP Discovery Day Baku” forumu keçirilib

19:05
16 Oktyabr

İordaniya mətbuatı: COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir

19:03
16 Oktyabr

Ermənistanın qanunsuz dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı brifinq keçirilib

19:01
16 Oktyabr

“Minatəmizləmə haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

18:01
16 Oktyabr

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək

18:00
16 Oktyabr

Fond sədri: Ermənistanın BMT-nin transsərhəd su axarları üzrə Konvensiyasını ratifikasiya etməsi vacibdir

18:00
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına həsr olunmuş konfrans keçirilib  

17:58
16 Oktyabr

Bakıda və İmişlidə keçirilən əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb  

17:37
16 Oktyabr

Makronun açıqlamaları qəzəb doğurub: “Cəhalət və alçaqlıq nümunəsi”

17:29
16 Oktyabr

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

17:01
16 Oktyabr

Hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilikləri təkmilləşdirilir

16:52
16 Oktyabr

Harris “Bloomberg”ə müsahibə vermədi

16:37
16 Oktyabr

Tanınmış səyyah Xəzərin monitorinqini aparmaq üçün Bakıya günəş enerjisi ilə işləyən katamaran gətirəcək  

16:34
16 Oktyabr

ICESCO-nun rəhbəri ateizmə qarşı mübarizəyə çağırıb

16:23
16 Oktyabr

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!