16 Oktyabr 2024 09:56
131
COP29
A- A+
COP29-un “iqlim və sülh bağlantısı” gündəliyi beynəlxalq humanitar ictimaiyyət tərəfindən təqdir edilib

COP29-un “iqlim və sülh bağlantısı” gündəliyi beynəlxalq humanitar ictimaiyyət tərəfindən təqdir edilib

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mərkəzi qərargahında COP29 Sədrliyi və Federasiyanın birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların, eləcə də BMT üzv dövlətlərin daimi nümayəndəlikləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqan Çapagain Azərbaycana, iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna diqqət çəkdiyinə görə təşəkkürünü bildirib və COP29 sədrliyimizin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

COP29 Sədrliyinin baş müşaviri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan Sülh, Yardım və Bərpa günləri haqqında ətraflı məlumat verib. Natiq iqlim dəyişikliyi nəticəsində su çatışmazlığı, ərzaq təhlükəsizliyi, torpaq deqradasiyası və miqrasiyanın artan miqyasına diqqəti çəkərək, bu problemlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib.

“500 milyondan artıq əhalinin üzləşdiyi bu problemlərin həllinə iqlim maliyyəsinin cəmi 2 faizi xərclənir, bu da öz növbəsində onsuz da az inkişaf etmiş ölkələrin hələ uzun illər aclıq, münaqişə, xəstəliklərə düçar qalması üçün zəmin yaradır. İnkişaf etmiş ölkələri süni şəkildə siyasiləşdirilən məsələlər deyil, məhz bu kimi real fəlakətlər narahat etməli, bu istiqamətdə əməli addımlar şərtləndirilməlidir. COP29 sədri kimi Azərbaycan irəli sürdüyü təşəbbüslər vasitəsilə məhz bu yolda həqiqi sülhə xidmət etməkdə əzmlidir”, - deyə İsgəndərov vurğulayıb.

Tədbir zamanı COP29 Sədrliyinin təşəbbüsü olan İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin konsepsiyası, həmçinin qeyd olunan sahədə əməli təklifləri özündə ehtiva edən İqlim üçün Bakı Sülh Çağırışının ilkin layihəsi tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Qalib İsrafilov Azərbaycanın COP29 Sədrliyinin fəaliyyət gündəliyi üzrə təşəbbüslərinin beynəlxalq sülhün gücləndirilməsinə xidmət edən amillərinə diqqət çəkib.

42 ölkə və 12 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı aparılan müzakirələrdə COP29 Sədrliyinin iqlim və sülh mövzusu üzrə təqdim etdiyi gündəlik yüksək qiymətləndirilib, nümayəndələrimiz tərəfindən tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

 “Nokia 2300” yenidən qayıdır

12:12
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!