12 Oktyabr 2024 18:17
991
COP29
A- A+
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

10 – 11 oktyabr tarixlərində Bakıda keçirilən COP29 Sədrliyinin ev sahibliyi etdiyi və qlobal iqlim sahəsinin liderləri və maraqlı tərəflərin iştirak etdiyi Pre-COP tədbirinin ikinci günündə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən brifinq təşkil edilib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən APA-ya verilən xəbərə görə, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına çoxşaxəli hazırlıq prosesinin gedişatı, bu çərçivədə reallaşdırılan işlər və qarşıda duran məsələ və prioriterlərə dair Pre-COP iştirakçılarının ətraflı məlumatlandırılmasını nəzərdə tutan tədbirə bir sıra yüksək səviyyəli qonaqlar qatılıb.

Brifinqdə ilk öncə salamlama nitqi ilə çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova dünyanın ən mühüm iqlim konfransının Bakıda keçirilməsinə artıq sayılı günlər qaldığını vurğulayaraq, hazırlıq proseslərinin yekun mərhələdə olduğunu və bütün istiqamətlər üzrə əməliyyatların müvafiq təqvimə uyğun icra olunduğunu diqqətə çatdırıb. O bildirib: “Tədbir məkanı Bakı Stadionunda tikinti son tamamlanma mərhələsindədir. Noyabra qədər məkanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilməsi planlaşdırılır”. N. Carçalova tədbir məkanında görülən işlər barədə ətraflı məlumat verərək, burada müxtəlif məqsədlər üzrə icra edilən ərazi bölgüsü, Mavi və Yaşıl Zonanın fəaliyyəti, qurulan infrastuktur və tamamlanmaqda olan proseslər barədə detallı danışıb.

Əməliyyatların bütün mərhələlərində dayanıqlılıq prinsiplərinin üstün tutulması brifindqə xüsusilə vurğulanıb. Belə ki, tədbir məkanında dayanıqlılıq, müyəssərlik və inklüzivlik tələblərinə tam riayət edildiyi, stadionda dayanıqlı əməliyyatların təmin edilməsi məqsədilə tamamilə inklüziv mühitin yaradılması üçün atılan addımlar diqqətə çatdırılıb.

Daha sonra çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü İsmayıl İsayev COP29 zamanı müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində tədbir məkanı və Bakı şəhəri ərazisində təşkil edilən proses və xidmətlər, qonaqpərvərlik sahəsində yaradılan şərait və imkanlar, eləcə də konfrans və media xidmətləri haqqında geniş məlumat verib. İ.İsayev ölkəyə səfər edəcək çoxsaylı nümayəndə heyətlərinin və qonaqların ən müsbət təəssüratlar və rahatlığının təmin edilməsi məqsədilə tətbiq edilən akkreditasiya və qeydiyyat prosesləri, xüsusi COP29 vizasının alınması proseduru, şəhər üzrə naviqasiya və məlumatlandırmanı asanlaşdıran təşəbbüslərə toxunub, eləcə də bir sıra digər təşkilati və texniki məsələlərin həllini asanlaşdıran prosedur və portalları əhatə edib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının digər üzvü Şəhla Əbbəkirova isə öz çıxışında konfransın ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti barədə danışaraq, bu tarixlərdə keçiriləcək əsas tədbir və görüşlərin təşkilati aspektləri haqqında detalları brifinq iştirakçılarının diqqətinə çatdırıb. Ş. Əbbəkirova bu tədbirdə iştirak üçün Bakıya səfər edəcək bir çox dünya ölkələrinin liderlərinin hava limanından başlayaraq bütün marşutu üzrə planlamanı, eləcə də təklif edilən xidmətləri, həmçinin Sammit proqramını açıqlayıb.

Daha sonra çıxış edən Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat və Hava Yolları Əməliyyatları Departamentinin direktoru Orxan Mahmudlu COP29 qlobal konfransının uğurlu təşkilində mühüm aspektlərdən biri mütəşəkkil nəqliyyat sxeminin tətbiqi olduğunu vurğulayıb. O. Mahmudlu qeyd olunan istiqamətdə bir sıra ardıcıl tədbirlərin icra olunduğuna toxunaraq, qonaqlara yeni yaradılan interaktiv şəhər xəritəsini təqdim edib. O bildirib ki, çoxsaylı ziyarətçilərin konfrans müddətində maneəsiz hərəkətinin təmin edilməsi, eyni zamanda həmin müddətdə paytaxt sakinlərinin rahatlığının qorunması məqsədilə şəhərin strateji nöqtələrində onlarla nəqliyyat qovşaqları fəaliyyət göstərəcək, taksi, avtobus, transferlər kimi müxtəlif nəqliyyat vasitələrinin müntəzəm fəaliyyəti təşkil olunacaq. O həmçinin, nümayəndə heyətlərinin COP29 məkanına gediş-gəlişini asanlaşdırmaq üçün aparılan planlamalar və təhlükəsizlik tədbirlərinə də toxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!