16 Oktyabr 2024 13:43
126
DÜNYA
A- A+
Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

“Leap 71” şirkəti mühəndis kimi düşünən “Noyron” süni intellekt sistemini hazırlayıb. Şirkətin qurucularından Lin Kayser yeni sistemin ənənəvi kompüter dəstəkli dizayn (CAD) proqramlarından çox irəli olduğunu qeyd edir. Parametrik CAD proqramları yalnızca həndəsəyə diqqət yetirir, Noyron isə fiziki modelləşdirmə, istehsal prosesləri və mühəndislik məntiqini birləşdirərək dizaynlar yaradır. Hətta o, yalnız bir forma yaratmaqla kifayətlənmir, həm də həmin obyektin real dünyadakı performansını proqnozlaşdırır.

“Noyron” daim özünü təkmilləşdirir. Uğurlu və ya uğursuz olmasından asılı olmayaraq, hər yeni test nəticəsi sistemə geri bildiriş olaraq daxil edilir. Beləliklə də proqram hər dəfə daha dəqiq nəticələr yaradır.

Süni intellekt sisteminin real dünyadakı potensialını yoxlamaq üçün “Leap 71” komandası Şeffild Universiteti və 3D çap firması AMCM ilə əməkdaşlıq edərək 5 kilonyuton gücündə bir raket mühərriki dizayn edib. O, “Noyron” tərəfindən tamamilə avtonom olaraq dizayn edilmiş ilk raket mühərriki kimi xarakterizə olunur. Mühərrik maye oksigen və kerosin istifadə edir. Bu 2 komponent çox təhlükəli və həssas şəraitdə işləməyi tələb edən yanacaq birləşməsidir. 13 saniyəlik yanma testi mühərrikin sabitliyini və etibarlılığını təsdiq edib.

“Noyron” bir mühəndisin həftələrlə, hətta aylarla çəkə biləcək işini dəqiqələr ərzində başa çatdırmasını təmin edir. Sistem ənənəvi CAD proqramlarından tamamilə fərqli şəkildə işləyir. Məsələn, “ChatGPT” kimi süni intellekt sistemləri hər dəfə fərqli nəticələr verə bilər və insan mühəndislərin daimi nəzarətinə ehtiyac duyar. “Noyron” isə bu cür nəzarətə ehtiyac duymur, müdaxilə olmadan bütün prosesi həyata keçirməyi hədəfləyir.

Lin Kayser gələcəkdə mühəndislik sahəsində ümumi məqsədli süni intellekt hazırlamağı hədəflədiklərini qeyd edir. Bu sistem raket hissələrindən istilik dəyişdiricilərinə, təyyarə gövdələrindən bəndlərə və hətta termonüvə mühərriklərinə qədər hər şeyi dizayn edə biləcək qabiliyyətə sahib olacaq. “Leap 71” yalnız aviasiya və kosmos mühəndisliyi deyil, mürəkkəb mühəndislik tələb edən hər cür problemi həll edə biləcək bir süni intellekt yaratmağı qarşısına məqsəd qoyub.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

BMT: Yəməndə vəba epidemiyasından ən azı 720 nəfər ölüb

15:21
16 Oktyabr

XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

15:06
16 Oktyabr

Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

14:50
16 Oktyabr

Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər ölüb

14:36
16 Oktyabr

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq işləri müzakirə edilib

14:35
16 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:34
16 Oktyabr

Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb

14:21
16 Oktyabr

Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam

14:20
16 Oktyabr

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub  

14:18
16 Oktyabr

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!