16 Oktyabr 2024 15:36
237
SİYASƏT
A- A+
Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

Gürcü xalqı parlament seçkilərində hakim partiyaya səs verməklə regiondakı müharibə planlarını da fiaskoya uğratmış olacaq


Oktyabrın 26-da keçirəcəyi parlament seçkiləri ilə dünyanın diqqət mərkəzinə çevrilən yaxın qonşumuz Gürcüstan tarixi seçim qarşısındadır. Hazırda iki qütbə bölünən Gürcüstan cəmiyyəti seçkilərdə verəcəyi qərarla sözün əsl mənasında sülhə, yoxsa müharibəyə “hə” deyəcəyini dəqiq ifadə edəcək.  

Birmənalıdır ki, sözügedən parlament seçkilərində Gürcüstanın hazırkı hakim partiyası uduzacağı təqdirdə, bunun nəticələri nəinki ölkənin özü, ümumilikdə bölgə üçün böyük təhlükələrə yol açmış olacaq. 


“Rəngli inqilab”ın faciəsi

Məhz hazırkı iqtidarın xarici təsir və təzyiqlərə rəğmən ölkəyə kənar müdaxilələrin edilməsinin qarşısını alması sayəsində bugünə qədər Qərbin Gürcüstan vasitəsilə Rusiyaya ikinci cəbhə açmaq istəyi reallaşmayıb. Buna görədir ki, sözügedən tarixdə həyata keçiriləcək seçkiləri ələdüşməz fürsət kimi dəyərləndirən Qərb, Gürcüstana da Ukraynanın aqibətini təkrarlatmaq üçün bütün təsir mexanizmlərini işə salıb, hətta ölkəyə təzyiqlər, sanksiyalar tətbiq etməyə başlayıb.

Ümumiyyətlə, Cənubi Qafqazı təsir dairəsinə salmaq Qərbin çoxdankı istəyidir. Müəyyən vaxtlarda Ermənistan və Gürcüstan üzərindən qismən buna nail olmağa müvəffəq olsa da, bölgənin əsas aktoru Azərbaycanın qətiyyətli siyasi gedişləri sayəsində bu planlar iflasa uğradılıb. Xüsusilə də 2020-ci ildəki Vətən müharibəsindən və 2023-cü ildəki antiterror tədbirlərindən sonra regiondan qovulan Qərb hazırda  yenidən Gürcüstana fokuslanıb, ölkəni daxildən parçalamaq üçün çirkin kampaniya aparır.

Qərbin QHT, KİV və sair adlar altında ölkədə bəslədiyi əlaltıları vasitəsilə qızışdırıcı ritorika həyata keçirməsinin nəticəsində neçə müddət idi ki, Gürcüstanda  aksiyalar səngimək bilmirdi. Qərbyönümlü partiya, QHT, KİV-lər “Xarici təsirin şəffaflığı haqqında” adlı qanun layihəsinin qəbul edilməməsi  üçün aksiyalar keçirirdilər. Lakin Gürcüstan hökuməti bu qanunun qəbulu ilə bağlı iradə nümayiş etdirdi, elə məhz buna görə də Qərbin, xüsusilə də ABŞ-nin qəzəbini üzərinə çəkdi, hədələrlə, sanksiyalarla üzləşdi. 

Xatırladaq ki, hələ 2004-cü ildə Qərb “demokratiya” adı altında bu ölkədə Gürcüstanın ərazilərinin itkisi kimi faciəvi hala gətirib çıxaracaq “rəngli inqilab” keçirmişdi. Eyni zamanda Qərbin Saakaşviliyə yalan vədlər verərək onu 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləməsi nəticəsində Cənubi Osetiya və Abxaziya itirilmişdi. Qərb isə heç bir halda Gürcüstanın arxasında dayanmamışdı. Necə ki, hazırda bu çirkin ssenarini Ukraynanın timsalında da izləyirik və Qərb Gürcüstanda bu təhlükəli planlara yenidən cəhd edir.


Regionun taleyi Azərbaycan və Gürcüstandan asılıdır

Hazırda Gürcüstanın müharibə meydanına çevrilməməsinin başlıca şərti ölkədə “Gürcü arzusu” partiyasının hakim mövqeyinin qorunub saxlanılmasından keçir.  Gürcüstan hakimiyyətinin ötən dövrkü fəaliyyəti də onu deməyə əsas verir ki, məhz bu siyasi mövqeyin sürdürülməsi sayəsində ölkənin əmin-amanlığını təmin etmək mümkündür.

Daha geniş aspektdən yanaşdıqda isə, reallıqdır ki, bu gün Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır. Hər iki ölkənin bir-birinin ərazi və suverenliyini dəstəkləməsi, bölgədə əməkdaşlığın, inkişafın, tərəqqinin tərəfdarı olmaları regiona da təhlükəsizlik vəd edir. Azərbaycan dövləti hazırkı Gürcüstan hakimiyyəti ilə uğurlu əməkdaşlığa malikdir.

Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasındakı etimada əsaslanan dostluq münasibətləri, şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər, həm də iki ölkə arasında münasibətlərin inkişafına da birbaşa təsir göstərir.

Bu ilin martında Bakıda Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxışı zamanı dövlətimizin başçısı xüsusi vurğuladı ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır: “Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq”.

Hər iki ölkə birgə regional layihələrdə iştirak edirlər. Bu sırada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu göstərmək olar. İki ölkə arasında dostluq münasibətlərinin olması, birgə layihələrin reallaşdırılması ümumilikdə regionun inkişafına töhfə verir. Gürcüstanda yarım milyona yaxın azərbaycanlı, eyni zamanda da ölkəmizdə xeyli sayda gürcü yaşayır. Ölkələrimiz arasında olan dostluq münasibətləri heç şübhəsiz həmin insanların yaşamlarına da birbaşa müsbət təsir göstərir. Xüsusi qeyd edək ki, azərbaycanlıların səsi Gürcüstanda keçirilən seçkilərdə bir çox hallarda həlledici rol oynayır. Buna görə də hazırkı parlament seçkilərinin Gürcüstan və onun vətəndaşları üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, həmin ölkədə yaşayan azərbaycanlılar da düzgün seçim etməlidirlər.  


Qərbin “b” planı işə düşərsə...

Bir sözlə qarşıda Gürcüstanı böyük sınaq gözləyir. Əgər gürcü xalqı oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim partiyaya səs versə bununla həm də Qərbin Rusiyaya ikinci cəbhə açmaq arzusunu puç etmiş olacaq.

Onu da deyək ki, Gürcüstanda seçkiqabağı ab-havadan da hakim partiyanın qalib gələcəyini təxmin edən Qərb, mediada yayılan xəbərlərə görə, seçkilərdən dərhal sonra “b” planını işə salmağa hazırlaşır. Burada xarici KİV-lərdə seçkilərin saxta olması ilə bağlı yalan xəbərlər yaymaqdan tutmuş, Gürcüstanın daxilində etiraz aksiyaları təşkil etməyə, “rəngli inqilab”, yəni çevriliş etməyə qədər hər cür məkrli planlar var. Bu planların isə birbaşa ABŞ-nin rəhbərliyi ilə cızıldığı bildirilir. Lakin əminlik var ki, gürcü xalqı 2000-ci illərdə yaşadığı acı təcrübədən nəticə çıxararaq, bu dəfə Qərbin avantürasına getməyəcək və parlament seçkilərində səsini müharibəyə yox, sülhə verəcək.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Minatəmizləmə haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

18:01
16 Oktyabr

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək

18:00
16 Oktyabr

Fond sədri: Ermənistanın BMT-nin transsərhəd su axarları üzrə Konvensiyasını ratifikasiya etməsi vacibdir

18:00
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə əmək şəraitinin inkişafına həsr olunmuş konfrans keçirilib  

17:58
16 Oktyabr

Bakıda və İmişlidə keçirilən əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb  

17:37
16 Oktyabr

Makronun açıqlamaları qəzəb doğurub: “Cəhalət və alçaqlıq nümunəsi”

17:29
16 Oktyabr

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

17:01
16 Oktyabr

Hərbi qulluqçuların strateji obyektlərin mühafizəsi sahəsində bilikləri təkmilləşdirilir

16:52
16 Oktyabr

Harris “Bloomberg”ə müsahibə vermədi

16:37
16 Oktyabr

Tanınmış səyyah Xəzərin monitorinqini aparmaq üçün Bakıya günəş enerjisi ilə işləyən katamaran gətirəcək  

16:34
16 Oktyabr

ICESCO-nun rəhbəri ateizmə qarşı mübarizəyə çağırıb

16:23
16 Oktyabr

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!