16 Oktyabr 2024 13:53
133
İQTİSADİYYAT
A- A+
Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27737 milyon manat, xərcləri 25174,3 milyon manat olub, 2562,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Dövlət büdcəsinin gəlirləri

2024-cü ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 27683,6 milyon manat proqnoza qarşı 27737 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 53,4 milyon manat və ya 0,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 25,6 faiz və ya 5660,6 milyon manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 0,3 faiz çox icra edilməklə 18151,3 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin daxilolmalarının 12030,5 milyon manatı və ya 43,4 faizi vergi daxilolmalarının və dövlət rüsumlarının, 9585,7 milyon manatı və ya 34,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4931,2 milyon manatı və ya 17,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 419,7 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 250 milyon manatı və ya 0,9 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 28,3 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 491,6 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşüb.

2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 197,1 milyon manat və ya 1,7 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 120,9 milyon manat və ya 2,5 faiz, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 0,2 milyon manat, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 3,9 milyon manat və ya 16 faiz çox, Mərkəzi Bankdan daxilolma proqnozlaşdırılan səviyyədə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 79,5 milyon manat, 15,9 faiz və sair gəlirlər üzrə daxilolmalar 189,2 milyon manat, 27,8 faiz az təmin edilib.

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,9 faizini və ya 8409,7 milyon manatını vergi və dövlət rüsumları üzrə daxilolmalar, 33,9 faizini və ya 4931,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,4 faizini və ya 491,6 milyon manatını sair daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13206,5 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 176,1 milyon manat və ya 1,3 faiz az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4260,3 milyon manat və ya 47,6 faiz çoxdur.

2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizi və ya 3620,8 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 faizi və ya 9585,7 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8 faizi və 1729,7 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergiləri üzrə daxilolmalar, 36,8 faizi və ya 1333,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 15,4 faizi və ya 558 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergiləri üzrə daxilolmalar təşkil edir.

Dövlət büdcəsinin xərcləri

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

2024-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilib. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.

2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 15459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1341,3 milyon manat və ya 9,5 faiz çox), 8419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilib.

2024-cü ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq səhiyyə xərcləri 113,8 faiz icra edilməklə 1405 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 104,3 faiz icra edilməklə 3083,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,5 faiz icra edilməklə 4509,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 108,5 faiz icra edilməklə 3361,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2931,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 97,5 faiz icra edilməklə 1941,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 97,3 faiz icra edilməklə 5592,3 milyon manat, kənd təsərrüfatı xərcləri 87,9 faiz icra edilməklə 665,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,6 faiz icra edilməklə 215,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 83,3 faiz icra edilməklə 316,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 73 faiz icra edilməklə 177 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 94,8 faiz icra edilməklə 974,6 milyon manat təşkil edib.

Doqquz ay ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1728,9 milyon manatı istifadə olunub.

Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1295,5 milyon manatın ödənilməsi təmin edilib.

Ehtiyat fondlarının xərcləri

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 41,5 milyon manat vəsaitin 31,3 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib. Açılmış maliyyələşmənin 75,4 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunub.

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 82,3 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 58,6 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib. Açılmış maliyyələşmənin 71,2 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.

İcmal büdcə

2024-cü ilin doqquz ayında icmal büdcənin gəlirləri 37141,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252,7 milyon manat və ya 0,7 faiz çox, xərcləri isə 28472,2 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2573,8 milyon manat və ya 9,9 faiz çoxdur. İcmal büdcədə 8669,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Çelsi"nin sabiq baş məşqçisi İngiltərə millisinə rəhbərlik edəcək

16:07
16 Oktyabr

Baş nazir Kobaxidze: Prezidenti vəzifədən kənarlaşdıracağıq

16:06
16 Oktyabr

Nigeriyada tanker partladı: 90-dan çox ölən var

16:05
16 Oktyabr

Məşhur fotojurnalist oğlu tərəfindən öldürüldü

16:03
16 Oktyabr

Gürcüstan İstanbuldakı iclasda iştirak etməyəcək  

15:55
16 Oktyabr

İqor Qrosu: Azərbaycan icması Moldovanın rifahına öz töhfəsini verir

15:55
16 Oktyabr

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

15:52
16 Oktyabr

ABŞ müdafiə naziri Belçikaya gedir 

15:49
16 Oktyabr

Qərb Gürcüstanda ikinci Ukrayna ssenarisi həyata keçirməyi planlaşdırır

15:36
16 Oktyabr

ABŞ-da qırıcı təyyarə qəzaya düşdü

15:22
16 Oktyabr

BMT: Yəməndə vəba epidemiyasından ən azı 720 nəfər ölüb

15:21
16 Oktyabr

XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

15:06
16 Oktyabr

Azərbaycanın müəllifi olduğu regional layihələr  Gürcüstanın müstəqil siyasət yürütməsi üçün möhkəm təməl yaradır  

14:50
16 Oktyabr

Nigeriyada yanacaq daşıyan maşının partlaması nəticəsində 94 nəfər ölüb

14:36
16 Oktyabr

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq işləri müzakirə edilib

14:35
16 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:34
16 Oktyabr

Bu il xarici dövlət borcuna büdcədən ödənilən məbləğ açıqlanıb

14:21
16 Oktyabr

Şəhriyar Məmmədyarov: Qlobal Şahmat Liqasını uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam

14:20
16 Oktyabr

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub  

14:18
16 Oktyabr

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!