16 Oktyabr 2024 08:50
158
İQTİSADİYYAT
A- A+
Su həm də "yaşıl enerji" mənbəyidir

Su həm də "yaşıl enerji" mənbəyidir


İlham Əliyevin təsdiqlədiyi milli strategiyanın hədəflərindən biri də bu mənbədən səmərəli istifadə etməkdir


Bu gün ölkəmizdə enerji sisteminin ümumi qoyuluş gücünün 14,6 faizi su-elektrik stansiyalarının (SES) payına düşür. Hazırkı enerji keçidi dövrü isə bərpaolunan enerji, o cümlədən su-elektrik stansiyalarının sayının artırılmasını tələb edir. 

Məlum olduğu kimi, yerli su ehtiyatlarımızın 25 faizə qədəri Qarabağda və Şərqi Zəngəzurda formalaşır. Bu da həmin iqtisadi rayonlarda su-elektrik stansiyalarının tikilməsi və fəaliyyət göstərməsi üçün geniş imkan yaradır. Mənfur düşmən 30 illik işğal dövründə çaylarımıza qarşı da ekoloji terror törətmiş, su anbarlarını, elecə də su-elektrik stansiyalarını dağıtmışdır. İndi su mənbələrimiz öz ixtiyarımızdadır, onlardan istədiyimiz kimi istifadə edirik. Sökülən, yerlə yeksan edilən obyektləri isə bərpa edir, yaxud təzələrini tikirik. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında" sərəncamında da həmin məsələlər öz əksini tapıb. Sənəddə deyilir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı su" sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcəkdir. 28 su-elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su-elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır". 

44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra görülən işlər deməyə imkan verir ki, bu sahədə də qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Dövlət başçısının işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, Qələbədən cəmi üç ay sonra, 2021-ci ilin fevral ayında ermənilər tərəfindən dağıdılan, döyüşlər zamanı mərmi yağışı altında qalan Laçındakı 8 meqavat gücündə "Güləbird" SES yenidən qurularaq istismara verildi. Həmin il oktyabrın 3-də Suqovuşanın işğaldan azad edilməsinin birilliyi tamam olan gün "Azərenerji" tərəfindən tam yenidən qurulan, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su-elektrik stansiyalarının açılışı oldu. 

2022-ci il iyunun 26-da 4,4 meqavat gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası (KSES) yenidən qurulduqdan sonra bu rayonda ilk istehsal obyekti olaraq istismara verildi. "Kəlbəcər-1"dən başqa, rayonda 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik su-elektrik stansiyalarının Prezident İlham Əliyevin iştirakı ilə işə salınması gerçəkləşdi. Laçın rayonunda tam yenidən qurulan 8,25 MVt gücündə "Mişni" və 6 MVt gücündə "Alxaslı" kiçik su-elektrik stansiyalarının açılışı isə 2023-cü ilin avqust ayında oldu. 

Bundan bir ay sonra sentyabrın 28-də Zəngilan rayonunda tam yenidən tikilən 10,5 MVt gücündə "Cahangirbəyli" Su-Elektrik Stansiyası istismara verildi. Oktyabrın 3-də Zəngilan rayonunda "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su-Elektrik Stansiyası açıldı. Bu enerji obyektlərinin hər birinin açılışında Prezident İlham Əliyevin iştirak etməsi onların əhəmiyyətinə bir daha diqqət çəkir.  

"Sarıqışlaq" Oxçu çayının üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir. Buna qədər digər 3 SES - "Cahangirbəyli", "Şayıflı" və "Zəngilan" su-elektrik stansiyaları istismara verilmişdi.

Bu il sentyabrın 2-də isə Prezident İlham Əliyev Kəlbəcər rayonunda 4,3 MVt gücündə "Zar" Kiçik Su-Elektrik Stansiyasının və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı" KSES-in açılışını edib. Bu da onu göstərir ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində "yaşıl enerji" istehsal edəcək su-elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə aparılır.

Sözügedən iki kiçik su-elektrik stansiyası cəmi bir il ərzində tikilib. Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün "Azərenerji" tərəfindən Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilib. Bu məqsədlə çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilib. Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilib və çay ekosisteminin qorunmasına xüsusi önəm verilib.

"Zar" və "Toğanalı" KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək "yaşıl enerji"nin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

İşğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonasına çevirmək, regionun hidroenerji potensialından səmərəli istifadə etmək məqsədilə "Azərenerji" tərəfindən ümumi gücü 37,5 MVt olan 6 kiçik su-elektrik stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Onların 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Həmin stansiyalarda ümumilikdə 110 milyon kVts-dan çox elektrik enerjisi istehsal ediləcək.

Onu da qeyd edək ki, Azərbaycanın digər regionlarında SES-lərin illik istehsalı ortalama 1,2 milyard kilovat-saat təşkil edirsə, Qarabağ və Şərqi Zəngəzurda bu həcm 50 faiz daha çoxdur.

Regiondakı SES-lərin qoyuluş gücü 500 MVt-a, illik istehsal həcmi isə 1,5-1,8 milyard kilovat-saata çatacağı, bununla da 350-400 milyon kubmetr təbii qaza qənaət edilməsi, 650-750 min ton həcmində karbon dioksid emissiyasının azalması proqnozlaşdırılır.


Flora SADIQLI,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!