16 Oktyabr 2024 08:15
148
SİYASƏT
A- A+
Qərbi Azərbaycan həqiqətləri Polşada yayılır

Qərbi Azərbaycan həqiqətləri Polşada yayılır


Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Məktəbində sərgi keçirilib. 14 oktyabr 2024-cü ildə Polşanın paytaxtı Varşava şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qərbi Azərbaycan - yaddaşlarımızda" adlı sərginin açılışı baş tutub.

Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışını edən universitet rektoru, professor Pyotr Vaxovyak rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirərək işinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova çıxış edərək ölkəmizin zəngin tarixi irsindən söz açmış, Qərbi Azərbaycan mədəni irsinin xüsusi yerinin olduğunu bildirmiş və İrəvan xanlığının tarixi barədə geniş məlumat vermişdir. Səfir avropalı səyyahların əsərlərində xanlıq barədə geniş məlumatları diqqətə çatdıraraq indi bu zəngin irsin məhv edilməkdə olduğunu təəssüflə qeyd etmişdir. O həmçinin bildirmişdir ki, maddi irs məqsədli şəkildə məhv edilsə belə həqiqətləri insanların yaddaşından silmək mümkün deyil və tarix gec ya tez həqiqətləri üzə çıxarır. 

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar çıxışı zamanı sərgiyə gələn bütün qonaqlara təşəkkür edərək bildirmişdir ki, qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurmasını, azərbaycanlıların yaşayış məntəqələrini xarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə yeksan etdiyini qeyd edən icma rəsmisi Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbiristanlığın məhv edildiyini bildirib. O, Göyçə aşıq məktəbinin tanınmış siması Aşıq Ələsgərin doğma kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən məhv edildiyi haqqında məlumat verərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılışını həyata keçirməsini xalqımızın mətanətinin, mədəni dayanıqlılığının və qayıdışa inamının simvolu kimi vurğulamışdır. İcma rəsmisi mədəni irsə edilən hücumun həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti icmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırmışdır.

Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri nümayiş edilib. İrəvan xanlığının bayrağı, qərbi azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!