16 Oktyabr 2024 08:40
184
SİYASƏT
A- A+
Paşinyan növbəti dəfə yalan və avantürist fikirləri ilə gündəm oldu

Paşinyan növbəti dəfə yalan və avantürist fikirləri ilə gündəm oldu

Ermənistanda mövcud hakimiyyətdən narazılıq daha da dərinləşib. Belə bir fikir səsləndirilir ki, konstitusiyada Paşinyanın göstəriş və sərəncamları ilə pozmadığı bir müddəa belə qalmayıb. Baş nazirin ölkəsindəki məhkəmələri mühasirəyə alan, hökmləri zorla dəyişdirən, kobud qanun pozuntuları ilə kadr siyasəti aparan, bir çox inqilabdan əvvəl oliqarxlarla oğurluq əlaqələri quran və onları "vicdanlı iş adamları" adlandıran yeganə liderdir. 

Hətta o, vəzifəsindən istifadə edərək ailənin qohumları vasitəsilə korrupsiya işləri həyata keçirməyə, milyardlarla dollarlıq vergidən yayınmağa çalışır.

Bildirilir ki, sosial müdafiə naziri ilə sıx əməkdaşlıq edərək ən ehtiyaclı vətəndaşların müavinətlərindən sui-istifadə edib, vicdanlı vergi ödəyicilərindən oğurlanan pullarla deputat və nazirlərə astronomik maaş və mükafatlar paylayıb, minlərlə iş yeri bağlanıb, yoxsulluğu təhlükəli həddə çatdırıb, ölkənin və vətəndaşlarının təhlükəsizliyini yeni çağırışlarla üzbəüz qoyub.

Bütün bunların fonunda Nikol Paşinyan növbəti dəfə tənqidlərə tuş gəlib. O, sələflərinin yolu ilə gedərək yalan və avantürist fikirləri ilə gündəm olub. Belə ki, baş nazirin Ermənistan İstintaq Komitəsinin yaradılmasının 10 illiyi ilə bağlı tədbirdə çıxışı ölkənin siyasi dairələrində, vətəndaş cəmiyyətində ciddi tənqidlərə yol açıb. Paşinyan iddia edib ki, "bu qurum Ermənistanda ədalətin qurulmasına böyük töhfə verib". "Mən "ədalətin qurulması" ifadəsini iki əsas səbəbdən qeyd etmək istərdim. Birincisi, bunu siyasi komandanın əsas tələblərindən biri hesab edirəm. İkincisi, qeyd etmək istərdim ki, Ermənistan vətəndaşlarında ədalət hissi mövcuddur", - baş nazir vurğulayıb.

Hakimiyyətin saxta ittihamlarla həbs etməyə çalışdığı hüquq müdafiəçisi Avetik İşxanyan Nikolun çıxışını faktlarla alt-üst edib. O bildirib: "Baş nazirin sözlərini şərh etmək çətindir, çünki onun heç bir prinsipləri yoxdur. Birincisi, ədalət hissinə malik olmaq nə deməkdir? Ədalət - subyektiv hissdir və hər bir insan üçün fərqli əhəmiyyət kəsb edir. Cinayətkar və qurban üçün müxtəlifdir. Müasir dünyada ədalət haqqında danışmaq mümkündür. Hər bir istənilən ölkədə ədalət hakimiyyət qanadlarının bölgüsü, müstəqil məhkəmə-ədalət sisteminin olması deməkdir. Sual olunur, Ermənistanda hakimiyyətin bölgüsü mexanizmi və müstəqil məhkəmə sistemi mövcuddurmu? Təbii ki, yox!"

Bu arada hakim "Vətəndaş müqaviləsi"nin siyasi elitası tərəfindən hazırlanan plana əsasən, məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə ilə bağlı yeni üsullar üzə çıxıb. Məsələn, məhkəmə hakimiyyətinin təminatlarını qorumaqla məşğul olan Ermənistan Hakimlər İttifaqının fəaliyyətini qanunvericiliklə məhdudlaşdırmağa cəhdlər edilir. Əsas məqsəd isə ittifaqın ləğvi, hakim və məhkəmə sistemini gözdən salmaq, bütün kreslolara hakim partiyanın diktəsi əsasında qərarlar qəbul edən hakimləri oturtmaqdır.

Əslində, uzun müddətdir baş nazirin göstərişi ilə müəyyən postlara hakimlər təyin edilir, qərarların qəbuluna ciddi müdaxilə faktları ortaya çıxır. Məsələn, 12 iyun hadisələri ilə bağlı bir sıra QHT və müxalifət nümayəndəsi polisin aksiya iştirakçılarına qarşı zorakılıq etməsi ilə bağlı yüzlərlə fakt və dəlil ortaya qoysa da, hansısa "sehrli əl"in köməyi ilə bu faktlar gözardı edilir, heç bir hüquq-mühafizə orqanı əməkdaşı məsuliyyətə cəlb edilmir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!