18 Oktyabr 2024 08:20
346
SİYASƏT
A- A+
Mehriban qonşuluq, etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq

Mehriban qonşuluq, etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq


Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir. Bu əlaqələr fonunda hər iki dövlət arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq mövcuddur. Və bütün bunlar münasibətlərin davamlı olacağına zəmanət verir.

Bu gün Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkəsdir. Onun qonşu dövlətlərlə dostluq əlaqələri, ortaq layihələrin həyata keçirilməsində fəallığı hər zaman nümunə olmuşdur. Bu baxımdan ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra iki müstəqil  dövlət  arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu.

O zamandan başlayan münasibətlər mükəmməl hüquqi bazaya söykənərək siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Bu gün Gürcüstan həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Gürcüstanla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İki ölkəni bir-birinə Bakı-Supsa, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bu sırada  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər qurumlar çərçivəsində əməkdaşlıqların da mühüm əhəmiyyət kəsb etdiyinin üstündən keçə bilmərik. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması isə iqtisadi sahədəki irəliləyişlərə təkan vermişdir. 

İki ölkə arasındakı əlaqələrin ən vacib məqamlarından biri də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi və fəaliyyətə başlamasıdır. 2005-ci ilin may ayında sözügedən neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsi istifadəyə verilmişdir. Bu kəmər vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi üzərindən Avropa bazarlarına neft nəql edilməsinə başlanmışdır. BTC boru kəməri regiondan hasil edilən nefti dünya bazarlarına çatdırmağa imkan verməklə yanaşı, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına da zəmin yaratmışdır. 

2017-ci ildən istifadəyə verilən Bakı-Tbilisi-Qars  dəmir yolu (BTQ) isə tarixi və qlobal layihədir. İki ölkəni bir-birinə daha yaxın edən bu layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Azərbaycan layihənin tikintisi zamanı heç bir yerdən yardım və kredit almamış, yalnız öz daxili imkanları hesabına işi başa çatdırmışdır. Prezident İlham Əliyev bu ilin martında Azərbaycana səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşərkən verdiyi bəyanatda BTQ-yə toxunaraq demişdir: "Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq".

Yaxın qonşumuzla əlaqələrin heç bir zaman pozulmayacağına əminlik ifadə edən amillərdən biri də Cənub Qafqaz Boru Kəməridir (CQBK).  CQBK  Xəzər dənizindəki "Şahdəniz" yatağından çıxarılan qazı Gürcüstana çatdırır. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşdirilib. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-nin ölkəmiz  üçün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan məhz bu marşrutun sayəsində  dünyada  qaz ixrac edən ölkə kimi tanınmağa başlayıb. 

Baxmayaraq ki, iki dövlət arasında həyata keçirilən layihələrin əksəriyyəti Azərbaycan tərəfindən maliyyələşdirilir, amma Tbilisinin əsas rol oynadığı layihələr var  ki, bunun da region üçün çox böyük əhəmiyyət kəsb etdiyini danmaq olmaz. Ona görə də Gürcüstan hər zaman Azərbaycanla  əməkdaşlığın genişləndirilməsində maraqlı olub, iqtisadi-ticari əlaqələrin yüksələn xətlə inkişafı yönümündə  gərəkli addımlar atıb. Birbaşa investisiyaların cəlb edilməsi sahəsindəki etibarlı  tərəfdaşlıq  bu gün yükdaşımalar və logistika imkanlarının genişləndirilməsində də böyük rol oynayır. Bu məsələdə hər iki dövlət öz potensialından geniş istifadə etməyə çalışır. Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır.

Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi regionumuzdan keçən yükdaşımaların da həcmini artırıb. Uğurlu regional əməkdaşlıq çərçivəsində qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üstəlik Azərbaycanla Gürcüstan arasında regional sülhə və sabitliyə töhfə verir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT rəsmisi: Yaşıl maliyyənin inkişafına kömək etmək üçün milli tərəfdaşlar və özəl sektorla işləməyə hazırıq  

12:23
18 Oktyabr

“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

12:09
18 Oktyabr

Əli Əhmədov: Xaricdən edilən təhdidlər Azərbaycan cəmiyyətini daha da birləşdirir

11:54
18 Oktyabr

Sahibə Qafarova: Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib

11:37
18 Oktyabr

Türkiyədə ağır yol qəzası: 6 nəfər həlak olub, 20 yaralı var

11:34
18 Oktyabr

Ötən gün polislərin aşkarladıqları silah-sursatın sayı açıqlanıb

11:33
18 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:30
18 Oktyabr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

11:24
18 Oktyabr

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:21
18 Oktyabr

“Yaşıl enerji” mənbələrinə mediatur təşkil edib

11:14
18 Oktyabr

Ombudsman Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

10:42
18 Oktyabr

Azərbaycan nefti ucuzlaşıb

10:28
18 Oktyabr

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

10:14
18 Oktyabr

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

09:46
18 Oktyabr

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var  

09:25
18 Oktyabr

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərə gəlib

09:23
18 Oktyabr

Messi tarixin ən yaxşı futbolçusu seçilib

09:21
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

09:19
18 Oktyabr

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!