18 Oktyabr 2024 09:00
284
DÜNYA
A- A+
Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir


Siyasi iflic, iqtisadi çöküş, dramatik sarsıntılar - bütün bunlar Qərbi Avropanı yaxın gələcəkdə gözləyir. Amerikanın Bloomberg Agentliyinin yeddi müəllifinin fikrincə, "bu qəddar dünyada Avropanın öz yerini qoruyub saxlamaq üçün, demək olar ki, vaxtı yoxdur".  

Aydın olur  ki, Avropa İttifaqı bütün cəbhələrdə zərbələrə məruz qalır. Bir çox ölkələrdə siyasi kursun kəskin dəyişməsini müdafiə edən və Brüsselin siyasətindən son dərəcə narazı olan sağ hərəkatlar güclənir. Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniyada ən böyük fabriklər bağlanır. Bir çox sənaye sahələri Amerikaya köçürülür.

Brüsseldəki Azad Universitetinin professoru Quntram Volf  yaranmış acınacaqlı vəziyyətlə bağlı deyir: "Əgər siz geosiyasi güc olmaq istəyirsinizsə, bilməlisiniz ki, əsas rıçaq iqtisadiyyatın qüdrətidir". 

Alimin gəldiyi qənaətə əsasən, Avropada əmək məhsuldarlığı  iyirmi il əvvəlki illə müqayisədə, sadəcə olaraq, fəlakətli həddədir. Volf hesab edir ki, Avropa İttifaqı xarici çağırışlara cavab verə bilmir, getdikcə bürokratiya və daxili parçalanmalar içində boğulur.

Hətta qalmaqallı Fransa prezidenti Emmanuel Makron da bunu etiraf edir: "Əgər biz növbəti iki-üç ildə həmişəki kimi yaşamağa davam etsək, Aİ əsas oyunçulardan biri kimi beynəlxalq arenadan çıxacaq". 

Avropa Parlamentinin rəhbəri Roberta Metsola isə bildirib ki, blok genişlənərsə, Avropa İttifaqının mövcud iqtisadi modeli dağılacaq.

"Mövcud iqtisadi model 32 və ya 33 üzvlə tab gətirməyəcək, amma indi biz bunu müzakirə etməliyik, necə ki, artıq parlamentdə diskussiyalara başlamışıq", - deyə Metsola vurğulayıb. O, bəzi ölkələrə Aİ-yə tam üzvlükdən əvvəl də güzəştlər verməyi təklif edib. Məsələn, bir sıra ticarət maneələrini aradan qaldırmaq olar.

 Yunanıstanın maliyyə naziri Kostis Hatsidakisin bildirdiyinə görə, təcili tədbirlər görülməsə, eniş geridönməz olacaq.

 Bəs söhbət hansı hərəkətlərdən və tədbirlərdən gedir?

Bloomberg Agentliyi böhrandan belə bir çıxış yolunun olduğuna işarə edir: "Rusiya ilə ticarət əlaqələrini bərpa etmək..." 

Bildirilir ki, Aİ iqtisadiyyatı Rusiyanın enerji resurslarından imtina etdikdən və Moskvaya qarşı sanksiyalar tətbiq etdikdən sonra artıq yaxşı vəziyyətdə deyil. Üstəlik,  Ukrayna hər il ən azı 10 milyard subsidiya iddiasındadır. 

Politoloqların fikrincə, texniki baxımdan Avropa iqtisadiyyatı belə bir yükə tab gətirməyəcək.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT rəsmisi: Yaşıl maliyyənin inkişafına kömək etmək üçün milli tərəfdaşlar və özəl sektorla işləməyə hazırıq  

12:23
18 Oktyabr

“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

12:09
18 Oktyabr

Əli Əhmədov: Xaricdən edilən təhdidlər Azərbaycan cəmiyyətini daha da birləşdirir

11:54
18 Oktyabr

Sahibə Qafarova: Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib

11:37
18 Oktyabr

Türkiyədə ağır yol qəzası: 6 nəfər həlak olub, 20 yaralı var

11:34
18 Oktyabr

Ötən gün polislərin aşkarladıqları silah-sursatın sayı açıqlanıb

11:33
18 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:30
18 Oktyabr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

11:24
18 Oktyabr

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:21
18 Oktyabr

“Yaşıl enerji” mənbələrinə mediatur təşkil edib

11:14
18 Oktyabr

Ombudsman Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

10:42
18 Oktyabr

Azərbaycan nefti ucuzlaşıb

10:28
18 Oktyabr

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

10:14
18 Oktyabr

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

09:46
18 Oktyabr

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var  

09:25
18 Oktyabr

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərə gəlib

09:23
18 Oktyabr

Messi tarixin ən yaxşı futbolçusu seçilib

09:21
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

09:19
18 Oktyabr

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!