18 Oktyabr 2024 00:48
428
Nazirlər Kabineti
A- A+
Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında


№ 455


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715) 4.15-1-ci bəndində “Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna” sözləri “dövlət ehtiyatlarına” sözləri ilə, “taxıl və taxıl emalı məhsulları” sözləri “ərzaqlıq buğda” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 387 (Cild I); 2024, № 1, maddə 104) ilə təsdiq edilmiş “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nin 1-ci hissəsindən “və səfərbərlik” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 556 (Cild I) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan fövqəladə ehtiyatlar;”;

3.2. 2-ci, 3-cü, 8-ci hissələrdə və 7-ci hissənin ikinci abzasında ismin müvafiq hallarında “dövlət və səfərbərlik ehtiyatları” sözləri ismin müvafiq hallarında “fövqəladə ehtiyatlar” sözləri ilə əvəz edilsin;

3.3. 7-ci hissənin ikinci abzasında “Agentliyinə” sözü “Agentliyi” sözü ilə, “ayrılmasını” sözü “buraxılmasını” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 35 (Cild I) ilə təsdiq edilmiş “Səfərbərlik orqanları haqqında Əsasnamə”nin 2.1.15-ci yarımbəndindən “və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 54 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Qərarla təsdiq edilmiş “Səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi Qaydaları”nın 2.1.6-cı yarımbəndindən “və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz” sözləri çıxarılsın;

5.2. həmin Qərarla təsdiq edilmiş “Səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi Qaydası”nın 2.2.4-cü yarımbəndindən “və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz” sözləri çıxarılsın;

5.3. həmin Qərarla təsdiq edilmiş “Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası” üzrə:

5.3.1. 2-ci hissədən “dövlət və” sözləri çıxarılsın;

5.3.2. 3-cü hissə ləğv edilsin.

6. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 10 iyul tarixli 106 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 603 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci hissədən “və “Maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması Qaydaları” sözləri çıxarılsın;

6.2. həmin Qərarla təsdiq edilmiş “Təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması Qaydası” üzrə:

6.2.1. 2-ci hissənin adından “VƏ DÖVLƏT” sözləri çıxarılsın, “YARADILMASI VƏ YIĞIMI” sözləri “TƏDARÜKÜ” sözü ilə əvəz edilsin;

6.2.2. 2.1-ci, 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1. Səfərbərlik ehtiyatlarına tədarük olunan texniki tənzimləmənin şamil olunduğu mallar texniki normativ hüquqi aktların tələblərinə cavab verməli, habelə həmin tələblərə cavab verməsini təsdiq edən müvafiq uyğunluq sertifikatlarına və ya uyğunluq bəyannamələrinə malik olmalıdır.

2.2. Satıcılar səfərbərlik ehtiyatı üçün malların tədarükü müddətini və ya digər razılaşdırılmış şərtləri pozduqda mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

2.3. Məsul saxlayıcılar saxladıqları səfərbərlik ehtiyatlarının dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi qaydasına əsasən lazımi səviyyədə və tam həcmdə saxlanılmasına cavabdehdirlər.”;

6.2.3. 3-cü, 4-cü və 5-ci hissələr ləğv edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyul tarixli 359 nömrəli və 30 iyul tarixli 369 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”na əlavənin “317000. “Maddi-istehsal ehtiyatları” köməkçi bölməsində “orqanları tərəfindən fövqəladə, strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə üçün vacib olan digər malların, habelə dövlət və səfərbərlik ehtiyatları yaradılması məqsədi ilə müxtəlif ehtiyatların” sözləri “qurumları tərəfindən dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi məqsədilə müxtəlif malların” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1312 (Cild I); 2024, № 3, maddə 356) ilə təsdiq edilmiş “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1.1-ci yarımbəndində “dövlət taxıl fondu üçün alınan buğda” sözləri “dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları” sözləri ilə əvəz edilsin.

9. “Ərzaq balansının tərtib olunması Qaydası”nın, “Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi və “Ərzaq balansının tərtib olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli 181 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli 80 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 299 (Cild I); 2024, № 1, maddə 75) aşağıdakı dəyişikliklər edilsin:

9.1. həmin Qərarla təsdiq edilmiş “Ərzaq balansının tərtib olunması Qaydası” üzrə:

9.1.1. 1.3-cü bənddə “Fövqəladə Hallar Nazirliyi” sözləri “Dövlət Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin;

9.1.2. 3.1.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Fövqəladə Hallar Nazirliyi – dövlət ərzaq ehtiyatlarına” sözləri “Dövlət Ehtiyatları Agentliyi – ərzaq malları üzrə dövlət ehtiyatlarına” sözləri ilə əvəz edilsin;

9.2. həmin Qərarla təsdiq edilmiş “Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nın 3-cü hissəsində “Fövqəladə Hallar Nazirliyinə” sözləri “Dövlət Ehtiyatları Agentliyinə” sözləri ilə əvəz edilsin.

10. “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 602 (Cild I); 2024, № 1, maddə 105, № 5 (II kitab), maddə 612) ləğv edilsin.

11. “Dövlət Taxıl Fondunun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə hesabat forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 14 oktyabr tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 855 (Cild I) ləğv edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 16 ” “ oktyabr ” 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

01:06
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 

01:01
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ 

00:58
18 Oktyabr

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

00:55
18 Oktyabr

Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

00:48
18 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

00:42
18 Oktyabr

Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəlib

22:48
17 Oktyabr

Baydenin Almaniyaya səfəri başlayır  

22:47
17 Oktyabr

Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb  

22:45
17 Oktyabr

Azərbaycan Ordusunun müəssisələrində Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib  

22:44
17 Oktyabr

Füzulidə Şəhər Günü qeyd olunub YENİLƏNİB

21:29
17 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

20:43
17 Oktyabr

Sabah İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçiriləcək

20:29
17 Oktyabr

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib

20:19
17 Oktyabr

İranda qadın məhbus edam edildi

20:07
17 Oktyabr

“Xəzər İnşaat Həftəsi” başa çatıb

20:04
17 Oktyabr

Elm və təhsil nazirinin müavini Cəlilabadda vətəndaşların müraciətini dinləyib

20:03
17 Oktyabr

Tokayev: Regionu gücləndirmək üçün əlimizdən gələni edəcəyik

19:59
17 Oktyabr

Gürcüstanda yaşayan azərbaycanlı: Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir

19:52
17 Oktyabr

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclası keçirilib  

19:49
17 Oktyabr

NATO Rusiya ilə münasibətlər üçün yeni uzunmüddətli strategiya yaradacaq

19:47
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!