№ 555
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 9, maddələr 1090, 1106) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 3.3.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.3.8-ci yarımbənd əlavə edilsin:
“3.3.8. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın surəti.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 9, maddə 1127 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 4.3.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3.10-cu yarımbənd əlavə edilsin:
“4.3.10. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1207 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın 8.3-cü bəndinə “çıxarışla” sözündən sonra “, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışla” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951 (Cild I); 2024, № 3, maddə 314, № 5 (II kitab), maddə 612, № 7, maddə 612; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 sentyabr tarixli 443 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na aşağıdakı məzmunda 2.6.7-1-ci yarımbənd əlavə edilsin:
“2.6.7-1. tütün məmulatları gömrük ərazisinə idxal edildikdə, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış;”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1969 (Cild I); 2024, № 1, maddə 77, № 2, maddə 209, № 5 (II kitab), maddə 586) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na aşağıdakı məzmunda 48-ci hissə əlavə edilsin:
“48. Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 636 (Cild I); 2024, № 1, maddə 75, № 5 (II kitab), maddə 586) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.30-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Siyahıya aşağıdakı məzmunda 2.31-ci bənd əlavə edilsin:
“2.31. tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarış.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 861 (Cild I); 2024, № 3, maddə 302) ilə təsdiq edilmiş “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.2.1-ci yarımbənddə “18.66-18.67-1-ci” sözləri “18.66-18.67-ci (18.66-3-cü maddə istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
7.2. 2.2.2-ci yarımbəndə “18.65.10-cu” sözlərindən sonra “18.66-3-cü” sözləri əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 29 ” “ dekabr ” 2024-cü il