19 İyul 2024 23:01
385
SİYASƏT
A- A+
Ersin Tatar: Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram

Ersin Tatar: Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram

 

Lefkoşa Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında münasibətlərin inkişafından çox məmnundur.

AZƏRTAC xəbər verir ki, bu barədə ŞKTC-nin Prezidenti Ersin Tatar Lefkoşaya Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyata başlamasının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün gələn Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.

ŞKTC Prezidentinin iqamətgahında keçirilən görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası qrupun rəhbəri Əhliman Əmiraslanov, millət vəkilləri Musa Quliyev, Fatma Yıldırım, Hikmət Babaoğlu və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev iştirak ediblər.

ŞKTC Prezidenti bu yaxınlarda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakını xatırladaraq qeyd edib ki, Şuşaya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edib.

“ŞKTC-nin Şuşadakı Zirvə görüşündə müstəqil dövlət qismində iştirakı, Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu”, -deyə Tatar vurğulayıb.

Siyasətçi rəsmi Bakının Lefkoşa ilə əlaqələrin dəstəklənməsinə dair mövqeyini yüksək qiymətləndirib. “Türkiyə və Azərbaycanın dəstəyi mövqelərimizi gücləndirir. Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, -deyə ŞKTC-nin Prezidenti bildirib.

O xatırladıb ki, 44-günlük Vətən müharibəsi dövründə Kipr türkləri qardaş Azərbaycana dəstək olaraq dua ediblər.

Tatar erməni işğalından azad edilmiş Azərbaycan ərazilərini ziyarət etmək imkanından məmnunluğunu ifadə edib. “Türkiyə, ŞKTC və Azərbaycan “Bir millət, üç dövlət” prinsipinə riayət edirlər”, - deyən siyasətçi iki ölkənin parlamentlərarası əlaqələrinin daha da dərinləşməsinə ümidvar olduğunu bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-ni ziyarət etməkdən məmnun olduqlarını bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, ŞKTC-nin Bakıdakı nümayəndəliyi hələ 1997-ci ildə, Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə açılıb.

O vurğulayıb ki, Heydər Əliyev ŞKTC-nin də tərkib hissəsi olduğu Türk dünyası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verirdi. “Ümummilli Lider tərəfindən əsası qoyulmuş kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Lefkoşada olduğumuz və ŞKTC-də qardaşlarımızın sevincini bölüşdüyümüz üçün qürur duyuruq. Bu, təkcə Kipr türkləri üçün deyil, həm də bütün Türk dünyası üçün bayramdır”, - deyə V.Hacıyev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!