30 Oktyabr 2024 08:10
186
SİYASƏT
A- A+
İkiüzlülük və riyakarlığın son həddi

İkiüzlülük və riyakarlığın son həddi


Əsassız kağız parçaları ilə Azərbaycanı geri çəkilməyə vadar etmək olmaz


"Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnaməsi ölkəmizə qarşı ikiüzlülük və riyakarlığın son həddidir. Avropa Parlamenti Azərbaycanın öz ərazilərini geri almasını, Ermənistanın dağıtdığı yaşayış məntəqələrini bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmasını həzm edə bilmir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Qəbul etdikləri qətnamədə guya beynəlxalq hüququn pozulmasından söz açan avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqlarından, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyindən danışmırlar. Həmin azərbaycanlıların bir hissəsi əsir götürülərək Ermənistanda qul kimi işlədilmiş, işgəncələrə məruz qalmışdır. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qarşılaşdığı mina terrorundan da danışan yoxdur. Bu da həmin avropalı parlamentarilərin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə sadəcə riyakarlığın son həddidir. "AP-nin qətnaməsində ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək, ondan Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər", - deyə deputat əlavə edib. 

Siyasətçi qeyd edib ki, dörd il öncə Gəncədə, Bərdədə və Tərtərdə dinc insanların Ermənistan tərəfindən raket atəşinə tutularkən, yüzlərlə mülki şəxs - qadınlar, qocalar, uşaqlar məhz azərbaycanlı olduqları üçün müharibə cinayətlərinə qurban gedərkən bu riyakarların  susub yalnız hadisələri seyr etdiklərini xatırlayırıq. Ancaq belə kəskin qətnamələr Ermənistana qarşı heç vaxt  qəbul olunmayıb. Əksinə, Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandırır, gücləndirir, ona yardım edirlər. Qərb təcavüzkar Ermənistana siyasi-mənəvi həmrəylik nümayiş etdirir. Bu faktın özü Avropa Parlamentinin, Qərb dövlətlərinin ikili standartlarından, ədalətsiz yanaşmalarından xəbər verir. Qərəzli qətnamələri qəbul edən avropalı parlamentarilər bilməlidirlər ki, 30 il ərzində Ermənistan və onun havadarlarının işğal siyasəti ilə barışmayan, sonda öz sözünü qətiyyətlə deyən, ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycanı bu cür əsassız kağız parçaları ilə geri çəkilməyə vadar etmək  olmaz. Heç bir sanksiya Azərbaycanı öz milli maraqlarını qorumaqdan, ərazi bütövlüyünün, suverenliyinin keşiyində dayanmaqdan geri çəkə bilməz. 

Deputat vurğulayıb ki, Fransanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə, əslində, maddi maraqlardan irəli gəlir: "Görünən mənzərə onu deməyə əsas verir ki, Avropa Parlamenti, ümumilikdə Avropa İttifaqı bu bölgədə sülh və sabitliyə zərbə vurmaqla məşğuldur. Məqsəd Cənubi Qafqazda yeni gərginlik yaratmaq, beləliklə, regiona nüfuz etməkdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə bir çox etnik qrup var. Bu etnik qrupların bir neçəsi və onlara mənsub olan insanlar Qarabağda yaşamış erməni  əhalisindən qat-qat çoxdur. Əsl reallıq ondan ibarətdir ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çox olub. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, təxminən 300 min insanı təşkil edib. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsinə toxunursa, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini diqqətə çəkə bilərik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu dəfələrlə qeyd edib". 

Deputat bildirib ki, azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin bir il əvvəl ölkəmizi könüllü şəkildə tərk etmək qərarı arasında fərqin Avropa parlamentariləri üçün əhəmiyyəti yoxdur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!