30 Oktyabr 2024 08:45
198
SİYASƏT
A- A+
Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...


Yenə də ədalətsiz və haqsız mövqe nümayiş etdirir


Evsahibliyi edəcəyimiz COP29-a sayılı günlər qalıb. Vaxt azaldıqca isə Qərb mediasında ölkəmizə qarşı qərəzli, reallıqdan uzaq yazıların sayı artır. Açıq hiss olunur ki, bəzi qüvvələr Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsinə qısqanclıqla yanaşırlar. 

Bizi gah neft-qaz ölkəsi kimi ətraf mühitə ziyan vurmaqda, gah ermənilərə qarşı "zorakılıq"da, gah da daxildə "insan hüquqlarını tapdalamaq"da ittiham edirlər. Amma bütün bunlar həqiqətdən uzaq, məntiqsiz və təəccüblüdür. Çünki bir ölkənin karbohidrogen ehtiyatları ilə zənginliyi heç də onun iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün konfrans təşkil etməyə haqqı çatmadığını deməyə əsas vermir. Azərbaycan neft və qaz hesabına iqtisadiyyatını inkişaf yoluna çıxarıb, şaxələndirib, sosial problemlərini həll edib, infrastrukturunu yenidən qurub. İndi isə karbon emissiyalarının minimuma endirilməsi yönündə layihələr reallaşdırır.    

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda diqqətçəkən bir məqama toxunaraq Azərbaycanın COP29-a evsahibliyi qərarı verilən ilk vaxtlarda Qərb mediasının hücumlarının intensivləşdiyini, sonrakı mərhələdə bu sahədə müəyyən sakitlik yarandığını, iqlim konfransı ərəfəsində isə ölkəmiz əleyhinə yazıların yenidən artacağını, ittiham və böhtan kampaniyalarının çoxalacağını proqnozlaşdırmışdır: "Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, - həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, - onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşmişdi".

Aşkar şəkildə görünür ki, COP29-un Azərbaycanda keçirilməsini istəməyən bəzi dairələr erməni lobbisinin təsiri altındadır. Onlar separatçıların Xankəndidə oynadıqları köç şousunu və dinc soydaşlarımızın kütləvi qətliamında birbaşa iştirak etdiklərinə görə saxlanılan erməni cinayətkarlarına azadlıq tələblərini qabardaraq çirkin məqsədlərinə çatmağa çalışırlar. Bu bir faktdır ki, dövlətimiz ilk gündən Qarabağda yaşayan ermənilərə yardım əlini uzatmış, onların ölkədə yaşayan digər etnik azlıqlar kimi  eyni hüquq və azadlıqlara sahib olacaqlarını, Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, hər bir imtiyazla təmin olunacaqlarını bəyan etmişdir. Lakin onlar Ermənistan rəsmiləri və daşnakların hədə-qorxuları ilə könüllü şəkildə Qarabağdan çıxıb getmişlər. Bu yerdə bir faktı xatırladaq: COP29-a evsahibliyi etmək üçün öz namizədliyini irəli sürən İrəvan sonradan məhz Azərbaycanın xeyrinə geri çəkilmişdi. İndi isə Qərbdə Qarabağ ermənilərinin hüquqlarını müdafiə adı altında Azərbaycana qarşı qarayaxma kampaniyasına start verilib. Görəsən, 20 faiz torpaqlarımızın 30 ildən çox müddətdə işğalda qalmasına, talanmasına, bir milyondan çox soydaşımızın qaçqın, 4 minə yaxın vətəndaşımızın itkin düşməsinə göz yuman bəzi Qərb dairələri Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə niyə barışa bilmir?! Bu azmış kimi, indi də bir qrup şəxs Bakıda saxlanılan erməni separatçılarının azadlığı tələbini irəli sürür. Görəsən, dünyanın hansı ölkəsində terrorçuluqla məşğul olan, dövlət suverenliyinin pozulmasına cəhd edən şəxslər cəzasız qalır? Təbii ki, heç bir ölkəsində. Elə ona görə də Azərbaycanda da  heç bir kəs haqq etdiyi cəzadan qaça bilməyəcək. 

Bütün bunlar bir tərəfdən ifrat erməni təəssübkeşliyindən irəli gəlirsə, digər yandan həmin dövlətlərin özlərinin də qazıntı yanacağından istifadəsindən və digər ekocinayətlərindən qaynaqlanır. Qərb özünə məxsus olan neft-qaz yataqlarını kortəbii şəkildə istismar edir və bu zaman atmosferə atılan karbon emissiyasını nəzarətdə saxlamır. Ölümsaçan sınaq poliqonları da onlara məxsusdur. Üstəlik, Böyük Britaniya, ABŞ, Kanada, Norveç və Avstraliya  kimi ölkələr qlobal arenada iqlim təəssübkeşləri cildində təqdim olunsalar da, 2020-ci ildən bəri verilmiş bütün yeni neft və qaz lisenziyalarının üçdəikisindən çoxuna (67 faiz) sahib və cavabdehdirlər. İndi ölkəmizin məsələyə ciddi və səmimi münasibətini, Azərbaycanın və ətrafımıza toplaşıb zəruri həyati problemin həllinə töhfə verməyə çalışanların prinsipiallığını görüb özlərinin ekoloji fəlakət törədən qanunsuz əməllərini, fəaliyyətlərini ört-basdır etmək istəyirlər.   

"Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Bu tədbirin əhəmiyyəti əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada beynəlxalq arenada birnömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir. Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq", - deyə dövlətimizin başçısı həmin forumda bildirmişdi.

Qərbin COP29-la əlaqədar tutduğu mövqe növbəti riyakarlıq nümunəsidir. Kim bilmir ki, hazırda bütün dünya ölkələrinin, o cümlədən Avropanın enerji təhlükəsizliyi birbaşa neft və qaz yanacağı hesabınadır. Azərbaycan isə "yaşıl enerji" istehsalı üçün intensiv çalışmalar həyata keçirir və bu sahəyə böyük investisiyalar qoyur. Mötəbər tədbirə evsahibliyi etməklə də ölkəmiz ətraf mühitin mühafizəsinə verdiyi önəmi, böyük mənada  sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. 


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!