30 Oktyabr 2024 09:15
162
DÜNYA
A- A+
ABŞ-də prezidentlik yarışının son həftəsi

ABŞ-də prezidentlik yarışının son həftəsi


Tramp əksər ştatlarda Harrisdən öndədir


ABŞ-də prezident  seçkilərinə bir həftə qalmış Donald Tramp Kamala Harrislə olan yarışda fərqi sürətlə aradan qaldırır. Üstəlik, o, hətta əksər əsas ştatlarda liderlik edir. 

Respublikaçıların prezidentliyə namizədi bunu Nyu Yorkdakı "Madison Square Garden"də keçirilən böyük mitinqdə bildirib.  Harrisin reytinqlərinin davamlı azalması fonunda namizədin qərargahı  onun reputasiyasının pisləşməsindən ehtiyat edərək, hazırkı Prezident Co Baydeni seçkiqabağı kampaniya tədbirlərindən kənarlaşdırıb. Bu barədə Amerika mediası yazır.

ABŞ-də seçki yarışı son mərhələyə qədəm qoyub. Prezident seçkiləri bir həftə sonra - noyabrın 5-də keçiriləcək. Seçki ölkədə ilin əsas siyasi hadisəsi kimi demək olar ki, bütün dünya ictimaiyyətinin xüsusi diqqətini cəlb edir - ən azı ona görə ki, Vaşinqtonun növbəti dörd il üçün siyasətini müəyyən edəcək.

Cəmi bir neçə ay əvvəl respublikaçı Donald Tramp yarışda mütləq favorit hesab olunurdu. Əvvəlki rəqib - Ağ Evin rəhbəri Co Bayden səhhətinə görə və koqnitiv qabiliyyətlərin aşkar azalması səbəbindən eks-prezidentlə rəqabət apara bilmədi və ümumi rəyə əsasən, iyun debatını Trampa uduzdu. 

Qələbədən sonra eks-prezident hətta iyulun 13-də sui-qəsd cəhdindən də xilas olub və onun reytinqi daha da sürətlə yüksəlməyə başlayıb. Hadisədən iki gün sonra Respublikaçılar Partiyasının qurultayı keçirilib və gözlənildiyi kimi,  eks-prezident  dövlət başçısı postuna namizəd seçilib.

Nəticədə Bayden yarışdan çıxdığını elan edib və demokratlar təcili olaraq ona əvəz  axtarmalı olublar. Kamala Harris prezidentliyə namizəd kimi irəli sürüldükdən sonra hər şey dəyişib. Baxmayaraq ki, onun namizədliyinin təsdiqindən əvvəl  Harris  son dərəcə qeyri-populyar və uğursuz seçim hesab olunurdu. Lakin sonradan o, "The Economist", "Ipsos", "ABC News", "The New York Times" və digərlərinin apardığı sorğular da daxil olmaqla, hər bir milli sorğuda Trampı 2-6 faiz üstələdi.

Sentyabrın ortalarından etibarən Tramp reytinqlərdə əvvəlki mövqelərini bərpa etməyə başladı. Vitse-prezidentliyə namizədlər  Cey Di Vens və Tim Uolts arasında keçirilən debatda ictimaiyyət üstünlüyü Respublikaçılar Partiyasının nümayəndəsinə verdi.

"Ipsos" və "The New York Times"ın birgə sorğusu Ağ Evin keçmiş rəhbəri ilə hazırkı vitse-prezident arasında minimal fərqi göstərir - 48 faiz və 49 faiz.  "ABC News" Harrisin yarışda 1,4 faiz üstün olduğunu göstərir. Qeyd edək ki, bu sorğuların əksəriyyətində təqribən 2 faizlik səhv olur, ona görə də bəzi hallarda bir namizədin digərindən hər hansı üstünlüyündən danışmaq mümkün deyil.  Buna görə hazırda Tramp və Harrisin reytinqləri   demək olar bərabərdir. Lakin "Polymarket" və "Election Betting Odds" da daxil olmaqla proqnozlaşdırma platformalarında keçmiş prezident təsirli bir liderliyə malikdir.

Oktyabrın 28-də Nyu Yorkun "Madison Square Garden"də keçirilən böyük mitinqdə çıxış edən Tramp bütün əsas ştatlarda liderlik etdiyini bildirib. 

Arizona, Viskonsin, Corciya, Pensilvaniya, Miçiqan və Nevada ştatlarında nəticələr həlledici əhəmiyyətə malik  olacaq. "Polymarket"ə görə, Tramp həqiqətən də Miçiqandan başqa bütün ştatlarda böyük fərqlə liderdir.

Son proqnozlara görə, respublikaçı namizədin yeni dövlət başçısı olmaq şansı 52 faizdir, demokrat namizədin isə 48 faiz şansı var. Xatırladaq ki, namizədlər seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdırlar. Proqnozlara görə, Tramp 272, Harris isə 266 səs ala bilər. 

Son sorğuya əsasən, Donald Tramp hazırda bir neçə "tərəddüd edən" ştatda - Arizona, Corciya, Şimali Karolina və Viskonsində  liderlik edir.

Eyni zamanda respublikaçıların bəzi  tərəfdarları, eləcə də geniş ictimaiyyət seçki saxtakarlığından ehtiyatlanırlar. 2020-ci ildə Bayden üçün saxta bülletenləri öz gözləri ilə gördüyünü etiraf edən  amerikalı beynəlxalq hüquqşünas Klayn Preston "İzvestiya"ya bildirib ki,  fərq kiçik, 2-3 faiz olarsa, demokratlar mütləq saxtalaşdırma vasitələrindən istifadə edəcəklər: " Bu, çox yayılmış üsuldur".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!