30 Oktyabr 2024 08:55
224
SİYASƏT
A- A+
Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu


Gürcüstanda keçirilən parlament seçkiləri nəticəsində hakim "Gürcü Arzusu" partiyasının qalib gəlməsi bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Gürcü xalqı müxtəlif geosiyasi oyunlar nəticəsində üzləşdiyi müharibə və iqtisadi tənəzzülü rəd edərək dövlətin yanında olduğunu göstərdi. 

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqaz regionunun 3 dövlətindən ikisinin hakimiyyəti müstəqil, biri isə kvazi-müstəqil siyasət yürüdür. Ermənistan hakimiyyətinin regionda Qərbin siyasi dairələrinin maraqlarını əks etdirməsi rəsmi İrəvan üçün heç də yaxşı perspektiv vəd etmir. Erməni politoloq Suren Sarkisyan bildirib ki, Gürcüstandakı parlament seçkilərinin nəticələri Ermənistanın xarici siyasətinə mütləq təsir göstərəcək. Onun sözlərinə görə, Ermənistan iqtisadi baxımdan region dövlətləri ilə inteqrasiya proseslərinə qoşulmalı, həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etməlidir. Nəqliyyat dəhlizlərindən, tranzit yollardan kənarda qalan Ermənistan Qərbdən daim maliyyə yardımları ala bilməyəcək.

Ermənistanın geosiyasi oyunlarda alətə çevrilməsi həm özünün, həm də regiondakı digər dövlətlərin milli maraqlarına və təhlükəsizliyinə təhdid yaradır. Buna görə də Azərbaycan və Gürcüstan vahid mövqedən çıxış edərək yaxın qonşuları ilə iqtisadi inteqrasiyanı, beynəlxalq əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasını davam etdirəcəklər. Ermənistan isə geosiyasi oyun başa çatdıqdan sonra diqqətdən kənarda qalacaq. Gürcüstandakı parlament seçkilərinin nəticələri Qərbin Ukraynada olduğu kimi, regionda münaqişə ocağı yaradıb buradakı dövlətləri yönəltməyə cəhd etməsinin qarşısını aldı. Gürcüstanda yaşayan soydaşlarımızın da hakim partiyanın namizədlərinə səs vermələri təsadüfi xarakter daşımırdı. Onlar Azərbaycanda yaşayan qohumları ilə əlaqə saxlayaraq ictimai-siyasi vəziyyəti bilir və inkişafı müşahidə edirlər. Onlar, eyni zamanda aydın başa düşürlər ki, böyük qüvvələrin əlində alət olmaq müharibə və qeyri-sabit vəziyyətə gətirib çıxaracaq. Azərbaycanlılar Gürcüstan vətəndaşları olaraq Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etdilər.

Gürcü politoloq Lali Moroşkina seçkilərin nəticələrini qiymətləndirərək bildirib ki, Gürcüstanda müxalifətyönlü mətbuat və televiziya kanallarının çox olmasına baxmayaraq, hakim "Gürcü Arzusu" səslərin böyük hissəsini qazandı. Onun fikrincə, hazırda müxalifət partiyaları Qərbdən göstəriş gözləyirlər ki, növbəti addımlarını atsınlar. Əgər siyasi mübarizə "küçədə" davam etsə, Gürcüstanda ictimai-siyasi vəziyyət pozula bilər və buna görə məsuliyyəti Qərb daşıyacaq. Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir.

Ermənistanda keçirilən seçkilərin təcrübəsi onu deməyə əsas verir ki, əgər Gürcüstandakı parlament seçkilərinin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə ikinci cəbhə açmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti reallaşdırılacaqdı.

Bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edir, beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edir. Hər iki yaxın qonşu və dost dövlət bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdıraraq dünya iqtisadiyyatına töhfə verir. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Bunlarla yanaşı, Azərbaycan istər "Şimal-Cənub", istərsə də "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Trans-Xəzər nəqliyyat marşrutu vasitəsilə Çindən və digər Cənub Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Tranzit yükdaşımalar yalnız iqtisadi dividendlər deyil, eyni zamanda siyasi zəmanət qazandırır. Ermənistan özünün qeyri-konstruktiv siyasəti nəticəsində bu layihələrdən kənarda qalıb və Qərbin qrantları hesabına büdcəsini doldurur. Bu səbəbdən də Ermənistanın Qərbin yardımı ilə regionda münaqişə törətməyə cəhd etməsi heç də təəccüblü deyil. Gürcüstandakı parlament seçkilərinin nəticələri rəsmi Bakı ilə Tbilisinin Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi.  

Seçkilərdən sonra Gürcüstanın paytaxtı Tbilisidə və digər şəhərlərdə kütləvi aksiyaların keçiriləcəyi əvvəlcədən məlum idi. Bu, köhnə siyasi texnologiyadır. Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, media orqanları və digər siyasi partiyalar insanları küçə və meydanlara çıxarıb sabitliyi pozmağa cəhd göstərirlər. Gürcüstanda növbəti rəngli inqilabı həyata keçirməyə çalışan Qərb dövlətlərinin taktikası 2014-cü ildə Ukraynada reallaşdırdıqları taktikaya bənzəyir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Gürcüstanda keçirilən parlament seçkilərinin qalibi Brüssel olmadı. Qələbəni hakim partiya qazanaraq ölkənin suverenliyini, sülhü və ailəni dəstəkləməkdə davam edəcək.

Latviyalı tarixçi və politoloq Karlis Daukşts isə bildirib ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan edir, lakin ortaya əsaslı arqument qoya bilmir. Politoloq seçkiləri yaxından müşahidə etdiyini deyib və belə nəticəyə gəlib ki, ölkənin məhkəmə orqanları seçkilərin qanunauyğun keçdiyini bildirərək nəticələri təsdiqləyəcək. Onun fikrincə, müxtəlif xarici mərkəzlərdən idarə olunan müxalifətdə birlik olmadığı üçün məğlubiyyəti qaçılmaz idi.

Beləliklə, Gürcüstandakı parlament seçkiləri və onun nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə müdaxiləsi olsa da, səmərəsi olmayacaq. Kollektiv Qərb regionda ikinci cəbhə açıb müstəqil dövlətlərin müstəqil siyasətini dəyişə bilməz. Söhbət heç də Qərbin gücündə və maliyyə resurslarında deyil. Məsələnin mahiyyəti xalqın iradəsindədir. Xalqın iradəsini sındırmaq heç bir siyasi qüvvəyə müyəssər olmayıb.


AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!