30 Oktyabr 2024 08:50
210
SİYASƏT
A- A+
Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür


Qərbin Gürcüstanda planlaşdırdığı "strateji hədəf" iflasa uğradı


Gürcüstanda son bir ildə siyasi gərginlik müşahidə olunurdu. Ölkə iki qütbə bölünmüşdü. Birində Gürcüstanın müstəqilliyini, milli maraqlarını müdafiə edən hakim "Gürcü arzusu", digərində Avropadan gələn təlimatlarla Qərbə "inteqrasiya" olmaq istəyən parçalanmış müxalifət partiyaları.

Oktyabrın 26-da keçirilən parlament seçkilərində bu iki siyasi qüvvə arasında gedən mübarizəyə nöqtə qoyuldu:  hakim  "Gurcü arzusu - Demokratik Gürcüstan" Partiyası qələbə qazandı. Bu partiyanın qalib gəlməsi sözsüz ki,  gürcü xalqının seçimidir və hamı buna hörmətlə yanaşmalıdır. Odur ki, nəticələrə Qərbin ədalətsiz münasibəti qəbul-edilməzdir. Dünya bir il ərzində ABŞ və  Qərbin Gürcüstanın daxili işlərinə qarışmasının, özünə yaxın siyasi qüvvələrin hakimiyyətə gəlməsi üçün hansı təzyiq vasitələrindən istifadə etməsinin şahidi oldu - artıq indi söz və seçim gürcü xalqınındır və onun nəticələrini hamı qəbul etməlidir. 

Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya qələbə qazandıqdan sonra Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidzeni ilk təbrik edənlərdən oldu. Dövlətimizin başçısının imzaladığı təbrik məktubunda deyilir: "Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.

 Eyni zamanda seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm. 

Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik".

Prezident İlham Əliyevin təbrik məktubundan da aydın görünür ki,  hakim partiyanın qələbə qazanması ölkələrimiz arasında yaranan strateji əməkdaşlığın dərinləşməsi, gələcəkdə daha böyük layihələrin icra edilməsi üçün mühüm hadisədir. Bir də unutmayaq ki,  qonşu ölkədə 300 min soydaşımız yaşayır və orada sabitliyin olması bizim üçün çox önəmlidir. Yeri gəlmişkən, qeyd edək ki, Gürcüstandakı seçkilərdə hakim partiyanın qələbə qazanmasında oradakı azərbaycanlıların xüsusi rolu oldu. Gürcüstandakı soydaşlarımız bu mövqeləri ilə Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətinə, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətinə tərəf çıxmış oldular. Eyni zamanda onlar Gürcüstanda hakim partiyanı dəstəkləməklə sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər. Soydaşlarımız həmçinin digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə yox dedilər. Bu, Azərbaycan və Gürcüstanın Ermənistanın regiondakı pozucu siyasətinə qarşı ortaq mövqedən çıxış etdiklərini göstərir. Gürcüstan-Azərbaycan birliyi göstərdi ki, həmrəylik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edir və beynəlxalq səviyyədə eyni mövqedən çıxış etmək imkanı qazanırlar. O ki qaldı Ermənistana, o, gec-tez məcbur olub regiondakı digər iki dövlətin apardığı məqsədyönlü siyasi xətti qəbul etməli olacaq.

Sual oluna bilər ki, nə üçün Cənubi Qafqazın kiçik bir ölkəsi olan Gürcüstanda keçirilən seçkilər Qərb üçün bu qədər əhəmiyyətli idi. Sualın cavabını hazırda dünyada baş verən qlobal geosiyasi proseslər kontekstində axtarmaq lazımdır. Hazırda Qərbin strateji planında  Cənubi Qafqaz xüsusi yer tutur. Məqsəd bölgədən təkcə Rusiyanı sıxışdırıb çıxarmaq deyil. Qərbin strateji planı daha böyük hədəflərə hesablanıb. 

Amerika dünya hegemonluğunu bərpa etmək üçün Rusiya ilə yanaşı, Çini də öz təsiri altına almaq istəyir. Bunun üçün ilk növbədə "Asiya əjdahası"nın iqtisadiyyatını nəzarətə götürmək lazımdır ki, o, iqtisadi təsir dairəsini genişləndirə bilməsin. Məlumdur ki, Çinin nəhəng "Bir yol, bir kəmər" layihəsi ona Orta Asiya, Avropa, Yaxın Şərq və Şimali Afrika ilə ticarəti daha da genişləndirməyə imkan verir. Bu ticarət zəncirində isə iki mühüm ölkə var - Azərbaycan və Gürcüstan. Son dövrlər Qərbin Cənubi Qafqazın iki ölkəsinə göstərdiyi təzyiqlər məhz həm də bununla bağlıdır.

Rusiyanın Kazan şəhərində keçirilən BRICS-nin XVI sammiti Qərbin ciddi narahatlığına səbəb oldu. Artıq Qərbdə bu istiqamətdə aparılan siyasətin yanlış olduğunu  anlamağa başlayıblar. Xüsusən ölkələrə dini mənsubiyyətinə görə "qiymət" vermə siyasətinin əks təsirini görürlər. Bu yaxınlarda Avropa İttifaqının prezidenti Şarl Mişelin Türkiyənin, Misir və Birləşmiş Ərəb Əmirliklərinin BRICS platformasında yer almasını özlərinin apardığı yanlış siyasətin  nəticəsi olduğunu etiraf etməsi təsadüfi deyil. Çünki bu ölkələr Avropa İttifaqına daxil olan ölkələrin iri ticarət tərəfdaşlarıdır.

Qərbin Rusiya-Çin İttifaqı ilə rəqabət apardığı platformadan biri də Orta Asiya regionudur. Çin üçün Orta Asiya ölkələrinin xüsusi əhəmiyyəti var. Çünki qonşuluqda yerləşən bu ölkələr Çinin artan karbohidrogen tələbatının ödənilməsində vacib rol oynayır. Bölgə həmçinin digər faydalı qazıntılarla da zəngindir. Üstəlik, ÇXR-in dünya ticarətini genişləndirmək üçün faydalanmaq istədiyi Orta dəhlizdə həmin ölkələr əsas rol oynayır. İndi bu ölkələr Çin, Rusiya və Türkiyə ilə əməkdaşlığa üstünlük verirlər. Orta dəhlizin Avropaya çıxışı isə Gürcüstan üzərindəndir. Qərbin həmin region ölkələrinin daxili işlərinə qarışmaq, mövcud iqtidarları devirmək üçün qeyri-legitim qüvvələrlə əməkdaşlıq etməsi də bu səbəbdəndir. Elə Ermənistanın Zəngəzur dəhlizi ətrafında siyasi oyunbazlığının səbəbi də Qərbdən gələn təlimatla bağlıdır. Məqsəd açılacağı halda dəhlizə nəzarəti ələ keçirməkdir. Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, Qərbin bu məqsədi hələlik baş tutmur. Amma onun bununla asanlıqla razılaşacağına da əmin olmaq olmaz. Çünki Qərb ikiüzlü olduğu qədər də məkrlidir. Bir də unutmayaq ki, Günəş Qərbdə batır. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!