05 İyul 2024 22:56
422
DÜNYA
A- A+
Ərdoğan: Heç kim Almaniya və Fransanı formalarındakı qartal və xoruz təsvirlərinə görə tənqid etmir

Ərdoğan: Heç kim Almaniya və Fransanı formalarındakı qartal və xoruz təsvirlərinə görə tənqid etmir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsinin Avro-2024-ün 1/8 finalında Avstriya millisi ilə oyun zamanı millətçi jest işlədən Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralla bağlı mövqeyini tənqid edib.

AZƏRTAC xəbər verir ki, Astanada ŞƏT-in Zirvə toplantısında Türkiyə liderini müşayiət edən jurnalistlərlə söhbətində Ərdoğan heç kim Almaniyanı formasındakı qartala, Fransanı isə xoruz təsvirinə görə tənqid etmir deyə söyləyib.

“Kimsə almanlardan formalarında qartalın səbəbini soruşur? Həm də heç kim fransızlara xoruz haqqında heç nə demir və onlardan soruşmur ki, niyə “xoruzlanırsız”? Merih Dəmiral sevincini bu cür ifadə etdi. Müvafiq şəxslər Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, lazımi tədbirlər görülür”, - deyə Türkiyə lideri qeyd edib.

O, şənbə günü Niderland yığması ilə görüşdə Türkiyə millisinin növbəti qələbəsinə ümid etdiyini bildirib. Hər hansı bir fövqəladə hadisə baş verməsə, mən bu matçda iştirak edəcəyəm”, - deyə Ərdoğan bildirib.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!