Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.
Nazirliyin məlumatında qeyd olunub ki, energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışda Azərbaycanda keçiriləcək COP29-un ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılmasını, xalis sıfır emissiyalı enerji sistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm platforma olacağı vurğulanıb.
Nazir Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etdiyini, “Qlobal Metan Vədi”nə qoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyini qeyd edib. Enerji təhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpa olunan enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmiz ətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini möhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 33 faizə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib. “Bu çərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır”, - deyə nazir diqqətə çatdırıb.
Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpa olunan enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə yanaşı, postmünaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larının yaradılmasına da təkan verib. “Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,” - deyə nazir əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
"Yazın Şanslı Sığortası" tirajlı
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ICESCO-da görüş keçirib
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Departament rəhbəri: Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər
XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!