01 Dekabr 2024 08:50
2993
Səhiyyə
A- A+
Dünyanı bürüyən mərəz 

Dünyanı bürüyən mərəz 


Dövrümüzün qorxulu xəstəliklərindən biri uzunmüddətli gedişə malik Qazanılmış İmmun Çatışmazlığı Sindromudur (QİÇS). Xəstəliyə səbəb olan virus orqanizmin müdafiəsində rol oynayan mühüm hüceyrələri zədələyərək immunitet sistemini məhv edir, onu digər infeksiyalar qarşısında "silahsız" qoyur. Bununla da yoluxmuş şəxsin orqanizmi o qədər zəifləyir ki, adi soyuqdəyməyə qarşı belə müqavimət göstərə bilmir.

Dünyada milyonlarla insan QİÇS-dən əziyyət çəkir. Xəstəlik ilk dəfə 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzi tərəfindən aşkar edilib. Ölkəmizdə İİV-infeksiyasının ilk dəfə aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 7026-sı kişi, 3082-si isə qadındır.

1988-ci ildən etibarən isə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün beynəlxalq səviyyədə keçirilməsi xəstəliklə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə xidmət edir.


QİÇS İİV-infeksiyasının sonuncu mərhələsidir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovun sözlərinə görə, İİV infeksiyası insanın immunçatışmazlığı virusları tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir: "Xəstəliyin gedişində 4 mərhələ ayırd edilir. Bu mərhələlərdən asılı olaraq, infeksiyaya yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar müşahidə olunur. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi, daha sonrakı mərhələlərdə isə dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər kimi ağırlaşmalar qeyd olunur. QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanaraq, İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar - vərəm, MSS-in zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir". 

Famil Məmmədov qeyd edib ki, xəstəliyə, əsasən cinsi yolla, İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində, İİV-ə yoluxan donorun orqanlarının transplantasiyası zamanı, infeksiya ilə çirklənmiş tibbi, gigiyenik və kosmetoloji ləvazimatlardan istifadə etməklə yoluxmaq mümkündür. Xəstəlik, həmçinin infeksiyaya yoluxmuş anadan uşağa hamiləlik dövründə cift vasitəsilə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində keçir.


Müayinələr konfidensiallıq qorunmaq prinsipi ilə aparılır


İİV-ə yoluxan şəxslərin müalicəsinin antiretrovirus terapiya adlandığını bildirən mərkəz direktoru bildirib ki, müalicə Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq xüsusi rejimlər əsasında aparılır: "ARV preparatlarla təminat dövlət tərəfindən ödənişsiz, konfidensial qaydada həyata keçirilir. Xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra onlar dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. İlk olaraq pasiyentlərlə həkim infeksionistlər, psixoloqlar tərəfindən məsləhətləşmələr aparılır, individual yanaşma ilə, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri və sairə nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verilir". 

Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan və regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə antiretrovirus preparatların təminatı regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir. Famil Məmmədov vurğulayıb ki, müayinələr Bakıda yerləşən mərkəzlə yanaşı, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir.


Profilaktik tədbirlər barədə maariflənmək vacibdir


Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır. Famil Məmmədov bildirib ki, Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. 

Ümumilikdə, İİV-ə yoluxmamaq üçün insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsi çox vacibdir. "Profilaktika müalicədən daha yaxşıdır" şüarını unutmamaq lazımdır.

"Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Təmasdan öncə (TÖP) və təmasdan sonra profilaktika (Postkontakt profilaktika) barədə də hər kəs məlumatlanmalıdır. Uzun müddətdir ki, ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. TÖP İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının sxem üzrə qəbulundan ibarətdir. Xüsusilə qeyd etmək istərdim ki, təmasdan öncə profilaktikanın əhatə dairəsi artıq ölkədə bütün risk qrupları arasında genişləndirilib. Postkontakt profilaktika isə artıq uzun illərdir ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, şpris ucluqları batan zaman, həmçinin, İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur. Qeyd edim ki, burada vacib məqam ondan ibarətdir ki, təmasdan sonra profilaktika 72 saat ərzində həyata keçirilməlidir. Bu məqsədlə, şəxslərin 72 saatdan gec olmayaraq müraciət etmələri tövsiyə olunur", - deyə mərkəz direktoru qeyd edib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!