28 Avqust 2026 09:24
137
Mədəniyyət
A- A+
Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb


"Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri mədəni-humanitar sahədə də uğurla inkişaf edir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən birini iki ölkənin zəngin yazılı və əlyazma irsinin öyrənilməsi, qorunması və qarşılıqlı şəkildə tanıdılması təşkil edir. Xüsusilə Azərbaycan və Özbəkistanda mühafizə olunan əlyazmaların aşkara çıxarılması, kataloqlaşdırılması və elmi tədqiqi sahəsində həyata keçirilən birgə təşəbbüslər xalqlarımızın ortaq mədəni irsinin daha dərindən araşdırılmasına mühüm töhfə verir. Bu baxımdan Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib.

Akademik bildirib ki, Əlyazmalar İnstitutunun Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutu ilə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Tərəflər arasında Azərbaycan və Özbəkistanda qorunan əlyazmaların müəyyənləşdirilməsi, kataloqlaşdırılması, surətlərinin qarşılıqlı mübadiləsi və elmi tədqiqi ilə bağlı təşəbbüslər irəli sürülüb. Bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə mühüm layihələr həyata keçirilir. Azərbaycan əlyazmalarının Özbəkistan fondlarında müəyyənləşdirilməsi və onların kataloqunun hazırlanması üzrə işlər iki ölkənin yazılı irsinin sistemli şəkildə öyrənilməsinə imkan yaradır. Əməkdaşlığın mühüm nəticələrindən biri "Dünya ölkələrində saxlanılan Özbəkistanın mədəni irsi" layihəsi çərçivəsində hazırlanmış "AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan özbək əlyazmaları" adlı albom-kataloqdur. Nəşr Özbəkistanda çap olunan "Özbəkistanın mədəni mirası" çoxcildliyinin "Azərbaycanda qorunan Özbəkistanın mədəni irsi" adlı LXII cildində yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Astanada Azərbaycanın milli incəsənəti və pəhləvanlıq ənənələri təqdim olunub

10:06
28 Avqust

Ərdəbil sevdalı Rübabə xanım

09:59
28 Avqust

Sözün, sənətin və iradənin birləşdiyi film - "Qəzəlxan"

09:52
28 Avqust

Yeni mərhələ, regional rəqabət və mövcud potensial

09:45
28 Avqust

"Yanardağ" qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət ediblər?

09:38
28 Avqust

Azərbaycanın suyu da dərmandır, "Qalaaltı" kimi

09:31
28 Avqust

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

09:24
28 Avqust

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

Səhiyyədə süni intellekt dövrü başlayır

09:03
28 Avqust

Zəngəzur keçidindən qlobal şəbəkəyə: Naxçıvanın enerji hədəfi

08:56
28 Avqust

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi

08:49
28 Avqust

Revanşizmin çöküşü: Ermənistanda keçmiş rejimin qalıqları təmizlənir

08:42
28 Avqust

Tarix üzərində yeni şəhərlər salınır

08:35
28 Avqust

Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı

08:28
28 Avqust

Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

08:21
28 Avqust

Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir

08:14
28 Avqust

"Orta dəhliz dünya üçün əhəmiyyətlidir"

08:07
28 Avqust

Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib

08:00
28 Avqust

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

07:15
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!