28 Avqust 2026 08:28
137
SİYASƏT
A- A+
Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı

Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı


Ballıqaya qətli-amı Azərbaycan xalqının yaddaşına yazılmış ən qanlı müharibə cinayətlərindən biridir. 1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni faşistləri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində törədilən faciə, dinc əhaliyə - hərbi əməliyyatlardan uzaq olan çobanlara və onların ailələrinə qarşı planlaşdırılmış terror aktı idi. 

Laçından -  doğma yurdlarından didərgin düşüb bu ərazidə alaçıqlarda məskunlaşan dinc sakinlərin yeganə məqsədi ailələrini dolandırmaq idi, lakin erməni terroru burada da onların yaxasını buraxmadı və bu məsum insanların istəklərini qanla boğdu.  


Dəhşətli faktlar


Ballıqayada gecə saatlarında baş verən qəfil hücum nəticəsində 24 dinc sakin amansızlıqla qətlə yetirilib, 9 nəfər isə ağır xəsarətlər alıb. Qətlə yetirilənlər arasında ən kiçiyi 6 aylıq körpə olmaqla 6 azyaşlı uşaq və 93 yaşlı qoca qadının olması faciənin tükürpərdici miqyasını ortaya qoyur. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. Ballıqaya qətliamı xüsusi amansızlıqla törədilib. Hürzaman Hümbətovanın 6 övladı ilə birlikdə diri-diri yandırılması, erməni faşizminin iç üzünü bir daha gözlər önünə sərir. Şahid ifadələrindən bəllidir ki, quldurlar əvvəlcə insanları güllələyib, sonra izləri itirmək üçün alaçıqları odlayıblar.

Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırımı Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:

"1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Vəzir Hümbətov və onun ailəsi qalırdı: 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq".

Altı övladı və həyat yoldaşı qətl edilən Vəzir Hümbətov yaşadığı faciəni, qətliamın dəhşətlərini sonradan mətbuatda belə dilə gətirib: "Hadisə baş verən gün mən Bərdə rayonunda, ailəmiz isə Ballıqayada idi. Mən Ballıqayaya gedəndə gördüm ki... əraziyə çoxlu insan yığılıb. Ermənilər alaçıqlardakı insanların hamısını qoca, qadın, uşaq demədən güllələyib qətlə yetirmişdilər. Bizim qaldığımız daxala da od vurulmuş, 6 uşağım və yoldaşım yanmışdı. Sonra məlum oldu ki, ermənilər əvvəlcə ailəmi güllələyib, sonra od vurub yandırıblar. Daxal yanıb tökülmüşdü cəsədlərin üstünə. Uşaqlarımın və yoldaşımın yanmış cəsədlərini külün içindən çıxarıb Ağdamın Güllücə kəndində dəfn etdik. Aradan bir müddət keçəndən sonra Güllücə kəndi də işğal olundu. Uşaqlarımın və yoldaşımın qəbirləri işğal olunan ərazidə qaldı..."


Sistemli terror və beynəlxalq hüququn pozulması


Ballıqaya qətliamı Xocalı, Qaradağlı, Ağdaban kimi faciələrlə eyni xətt üzrə yürüdülən sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu əməllər beynəlxalq humanitar hüququn təməl prinsiplərini tamamilə tapdalayıb. 

Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası, Soyqırımı Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə soydaşımızın taleyi bu günə qədər də qaranlıqdır. Vətən müharibəsindən sonra Xocavəndin Edilli kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında, Xocalı rayonunun Fərrux kəndi ərazisində… kütləvi məzarlıqların aşkarlanması erməni faşizminin qanlı əməllərini gün üzünə çıxarıb.  Ballıqayada qətlə yetirilənlərin bir çoxunun dəfn yerləri də təkrar işğal səbəbindən illərlə ziyarətsiz qalıb. 

Lakin tarixi ədalət bərpa olundu, haqq öz yerini tapdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin uğurlu anti-terror tədbirləri ilə Azərbaycan Ordusu otuzillik işğala və separatizmə birdəfəlik son qoydu. Ballıqayada, Xocalıda, Ağdabanda, Başlıbeldə və daha neçə-neçə ərazilərimizdə qətl edilən körpələrin, qadınların və qocaların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu onların qisasını döyüş meydanında aldı.

Azərbaycan öz torpaqlarını azad etməklə həm də ədaləti tam bərpa etdi. İllər boyu mülki əhaliyə qarşı qətliamlar törədən, insanlıq əleyhinə cinayətlərin başında duran erməni caniləri və separatçı rejimin rəhbərləri Azərbaycan qanunları və məhkəməsi qarşısında cavab verdilər. Bir zamanlar günahsız insanların fəryadına qulaq tıxayanlar, Bakıda qurulan ədalət məhkəməsində törətdikləri əməllərə görə sorğulandılar…

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, yenidən həyat canlanır. Ballıqaya faciəsinin qurbanlarının və bütün şəhidlərimizin ruhu rahatdır - çünki onların əmanət qoyduğu torpaqlarda artıq düşmən izləri yoxdur, Azərbaycan bayrağı dalğalanır və bu torpaqların əsl sahibləri məğrur şəkildə öz doğma ocaqlarına qayıdırlar.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan arasında əlyazmaların surətlərinin mübadiləsinə dair təşəbbüs irəli sürülüb

09:24
28 Avqust

Azərbaycanın xilaskarlıq missiyası

09:17
28 Avqust

Müəllim, alim, ictimai xadim

09:10
28 Avqust

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb  

09:08
28 Avqust

Səhiyyədə süni intellekt dövrü başlayır

09:03
28 Avqust

Zəngəzur keçidindən qlobal şəbəkəyə: Naxçıvanın enerji hədəfi

08:56
28 Avqust

Kiçik biznesdən böyük iqtisadi gücə: Azərbaycanda sahibkarlığın yeni mərhələsi

08:49
28 Avqust

Revanşizmin çöküşü: Ermənistanda keçmiş rejimin qalıqları təmizlənir

08:42
28 Avqust

Tarix üzərində yeni şəhərlər salınır

08:35
28 Avqust

Erməni faşizminin qanlı cinayəti - Ballıqaya qətliamı

08:28
28 Avqust

Türkiyə regionda öz hüquq və maraqlarını qorumağa davam edəcək

08:21
28 Avqust

Müttəfiqlik ruhuna zidd davranışlar yolverilməzdir

08:14
28 Avqust

"Orta dəhliz dünya üçün əhəmiyyətlidir"

08:07
28 Avqust

Azərbaycan regionun strateji və geoiqtisadi mərkəzinə çevrilib

08:00
28 Avqust

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

07:15
28 Avqust

Bu ilin ikinci Ay tutulması başlayıb

07:04
28 Avqust

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

07:01
28 Avqust

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

06:59
28 Avqust

"Sabah" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında

02:27
28 Avqust

Balıqçılıq haqqında  

02:26
28 Avqust

"Balıqçılıq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 457-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının ləğv edilməsi barədə

02:24
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!