08 İyun 2024 01:14
332
SİYASƏT
A- A+
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb

 

Ankarada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşüb. 
AZƏRTAC xəbər verir ki, Əminə Ərdoğan "X" sosial şəbəkəsindəki rəsmi hesabında görüşlə bağlı paylaşım edib.
Paylaşımda qeyd edilib ki, görüşdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb, tədbirə dair əməkdaşlıq sahələri dəyərləndirilib. 
Türkiyənin birinci xanımı bütün dünya liderlərini iqlim mövzusunda birləşdirəcək bu əhəmiyyətli tədbirə Azərbaycanın evsahibliyi edəcəyinin verdiyi sevinc hissini bir daha dilə gətirib. 
Əminə Ərdoğanın paylaşımında "Türkiyə olaraq daim qardaş ölkəmiz Azərbaycanın yanındayıq", - deyə bildirilib.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!