10 Oktyabr 2026 00:50
2053
Nazirlər Kabineti
A- A+
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında


№ 328


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605, № 10, maddələr 967, 976, 982, № 11, maddə 1101, № 12 (II kitab), maddə 1248; 2026, № 1, maddə 91, № 3, maddə 263, № 7 (II kitab), maddə 744) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 5 və 11 nömrəli əlavələrin 2-ci hissələri ləğv edilsin.



Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 8 ” “ oktyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

09:47
04 Noyabr

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

09:45
04 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

Zəfər Günü Azərbaycan tarixində müstəsna yer tutur

08:05
04 Noyabr

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

08:00
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!