24 Dekabr 2024 20:27
136
SİYASƏT
A- A+
Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

Dekabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının səfiri Li İn-Yonqu ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Ceyhun Bayramov səfir Li İn-Yonqa ölkəmizdə diplomatik fəaliyyəti müddətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, investisiyalar, nəqliyyat-kommunikasiyalar, humanitar, təhsil, dövlət xidmətləri və sair istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyətinin müzakirə edildiyi görüş zamanı, həmçinin əlaqələrimizin inkişaf perspektivlərinin mövcudluğu vurğulanıb.

Xüsusilə peşə və ali təhsil istiqamətləri üzrə birgə əməkdaşlıq çərçivəsində yaradılmış Sənaye və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Koreya Respublikasının İNHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin ikili diplom proqramlarının əldə olunan vacib nailiyyətlər sırasında olduğu qeyd edilib.

Azərbaycan və Koreyanın xüsusilə aidiyyəti qurumları arasında dövlət xidmətləri sahəsi üzrə daha geniş əməkdaşlıq imkanlarının mövcudluğu, ölkəmizin “ASAN xidmət” modeli ilə bu sahənin öncüllərindən biri kimi qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Nazir ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib.

Səfir Li İn-Yonq ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstək və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişafına ümidvar olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri beynəlxalq yarışda 22 medal qazanıblar

10:27
25 Dekabr

Azərbaycan neftinin qiyməti yenidən 75 dolları ötüb

10:24
25 Dekabr

Ötən gün 26 cinayətin üstünün açılması təmin olunub

09:51
25 Dekabr

Keçmiş məcburi köçkün: Doğma yurddan aralı qalmaq çox çətindir

09:30
25 Dekabr

Cəbrayıla geri qayıdan sakin: Sevincimizin həddi-hüdudu yoxdur

09:29
25 Dekabr

Keçmiş məcburi köçkün: Cəbrayıla çox sevincli və qürurlu şəkildə qayıdırıq

09:19
25 Dekabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

09:18
25 Dekabr

Prezident İlham Əliyevin siyasəti Azərbaycanı qalib ölkə etdi

09:15
25 Dekabr

"Tullantıları tinglərə dəyiş" aksiyası keçirilib 

09:10
25 Dekabr

Azərbaycan mədəniyyətlər, dinlər və xalqlar arasında harmoniya yaratmış ölkədir

09:05
25 Dekabr

Uzaq Xınalığı Prezident İlham Əliyev necə yaxın etdi?

09:00
25 Dekabr

Birliyin, qüdrətin və zəfərin təminatçısı

08:55
25 Dekabr

Azərbaycanı zirvələrə yüksəldən Müzəffər Sərkərdə

08:50
25 Dekabr

Sözü və əməli bir olan Lider

08:45
25 Dekabr

Hər bir azərbaycanlının Prezidenti

08:40
25 Dekabr

Azərbaycanı zirvələrə qaldıran Lider

08:35
25 Dekabr

İlham Əliyev Azərbaycanı qlobal miqyasda söz sahibinə çevirib

08:30
25 Dekabr

Qurucu lider

08:25
25 Dekabr

Xalqın vahidliyini təcəssüm etdirən Lider

08:20
25 Dekabr

Mükəmməl dövlət idarəçiliyi və misilsiz sərkərdəliyi ilə nümunə olan Lider

08:10
25 Dekabr

Azərbaycan ən şərəfli dövrünü yaşayır

08:05
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!