25 Dekabr 2024 08:55
160
SİYASƏT
A- A+
Birliyin, qüdrətin və zəfərin təminatçısı

Birliyin, qüdrətin və zəfərin təminatçısı


Tarixin müxtəlif dövrlərində çətin sınaqlar qarşısında qalan Azərbaycan xalqının böyüklüyü məsuliyyətli anlarda öz milli ideyaları və uzaqgörən milli lideri ətrafında birləşə bilməsindədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşən xalqımız məhz Ümummilli Liderin həyata keçirdiyi böyük tarixi missiya sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyi üçün yaranmış ən ağır böhranlı vəziyyətlərdən çıxa bildi, dövlətçiliyimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə nail oldu. 

Azərbaycan xalqının Ulu Öndərin ideyalarının layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bir yumruq kimi birləşməsi isə Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin təmin olunması kimi böyük tarixi missiyanın həyata keçirilməsi ilə nəticələndi.

Ölkəmizə rəhbərliyi dövründə Prezident İlham Əliyevin apardığı siyasət xalqımızın mənəvi-psixoloji cəhətdən möhkəmlənməsi, vətəni, onun mənafelərini hər şeydən uca tutan bütöv bir nəslin yetişməsi ilə əlamətdar olub. Bu hal Vətən müharibəsi zamanı Azərbaycan oğullarının göstərdiyi yüksək qəhrəmanlıq nümunələri, xalqın vahid amal ətrafında bir yumruq kimi sıx birləşməsi şəklində təzahür etdi.

Prezident İlham Əliyevin illərlə apardığı məqsədyönlü, ardıcıl və uzaqgörən siyasəti etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını monolit birliyə çevirdi, onların bir nəfər kimi birləşərək azğın düşmənin başını əzməsi ilə nəticələndi. Xalqımızın birliyini təmin edən İlham Əliyev erməni təbliğatının illərlə Azərbaycan xalqını parçalamaq üçün göstərdiyi səyləri də boşa çıxardı. Məhz bu siyasətin məntiqi nəticəsi idi ki, vaxtilə Ulu Öndərin söylədiyi "Hamımızın bir vətəni var, bu da Azərbaycandır" kəlamını rəhbər tutan Azərbaycan əsgəri şanlı zəfəri təmin etdi, dünya hərb tarixinə qəhrəmanlıq salnamələri yazdı.

İlham Əliyevin apardığı uzaqgörən siyasət "azərbaycanlılarla birgə yaşamağın mümkün olmaması" barədə erməni təbliğatının illərlə yaydığı daha bir uydurmanı darmadağın etdi. Vətən müharibəsi zamanı etnik və dini baxımdan fərqli, lakin mənəviyyat baxımından eyni olan çoxsaylı xalqların sarsılmaz qardaşlıq ailəsi olan Azərbaycan xalqı dövlətinin və Prezidentinin ətrafında birləşərək bu yalanı ifşa etdi.

Vətən müharibəsi zamanı öz mənəvi saflığını, vətənə sədaqətini bir daha göstərən Azərbaycan xalqının oğullarını cəbhəyə gülə-gülə, şəhidini isə son mənzilə "Vətən sağ olsun!" deyərək yola salması bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin nə qədər sağlam əsasa malik olduğunu bir daha sübut etdi. Yeganə övladını belə Vətən yolunda qurban verən Azərbaycan anaları və ataları dünyaya vətənpərvərlik dərsi keçməklə Azərbaycan xalqının və dövlətinin qüdrətini bir daha nümayiş etdirdilər.

Vətəndaşların milli vətənpərvərlik ruhunda düzgün tərbiyəsinin nəticəsi idi ki, minlərlə Azərbaycan gənci Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollandı, sinəsini düşmən gülləsinə sipər edərək öz qanları və canları bahasına müqəddəs torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırdılar. Düşmənin on min fərarisi olduğu halda cənab Ali Baş Komandanın  fəxrlə vurğuladığı kimi, Azərbaycan Ordusunda bir nəfər  də olsun fərari olmadı.

Canını vətənə sipər etmiş Azərbaycan oğulları xüsusilə cənab İlham Əliyevin hakimiyyəti dövründə gənclərin vətənpərvərlik ruhunda formalaşması istiqamətində aparılmış siyasətin yetirmələri idilər. Ali Baş Komandan məhz bu məqama diqqət çəkərək vurğulamışdı: "Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər". Bəli, Vətən müharibəsinin iştirakçılarının bir çoxu Birinci Qarabağ müharibəsindən sonra anadan olmuş, 30 ilə yaxın işğal altında qalan torpaqları heç zaman görməmişdilər. Lakin aldıqları düzgün tərbiyə, qəlblərində olan vətən sevgisi, mənfur düşmənə qarşı bəslədikləri nifrət onları Vətən torpaqlarının azad olunması kimi müqəddəs bir vəzifəni yerinə yetirməyə sövq etdi.

Dünya tarixinə nəzər saldıqda məlum olur ki, öz xalqını vahid amal ətrafında birləşdirmək çox az liderə nəsib olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində apardığı uğurlu siyasət onu sözün həqiqi mənasında xalqın qəlbini fəth edən böyük liderə çevirib. Məhz bu sevginin nəticəsi idi ki, Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" çağırışı bütöv bir xalqı ayağa qaldıra, dünya tarixində bənzəri olmayan şanlı zəfərə sövq edə bildi.

Bu gün Azərbaycan xalqı deyiləndə Ali Baş Komandan İlham Əliyev, İlham Əliyev dedikdə isə Azərbaycan xalqı başa düşülür. İlham Əliyevin xalqın birliyinə əsaslanan siyasi xətti hazırda Azərbaycan Respublikasının qüdrətli bir dövlət kimi dünya dövlətləri arasında öz layiqli yerini tutmasına səbəb olub. Məhz bu birliyin nəticəsidir ki, Ermənistan və onun xarici himayədarlarının bütün cəhdlərinə və təxribatlarına baxmayaraq, Azərbaycan dövlət sərhədləri və ayrılmaz tərkib hissəsi olan Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa edə bildi. Bu, müasir dünyamızda demək olar ki, oxşar problemləri olan digər dövlətlərin əldə edə bilmədiyi çox mühüm uğurdur. Eyni zamanda bu, öz xalqının gücünə əsaslanan Prezident İlham Əliyevin son 200 ildə Azərbaycanın heç bir dövlət başçısının həll edə bilmədiyi mühüm bir missiyasıdır. 

Xalqın birlik, qüdrət və zəfər simvoluna çevrilən Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan Respublikasının daha da qüdrətlənməsinə, xalqımızın rifahının daha da yüksəldilməsinə, dövlətimizin qarşısında dayanan növbəti böyük tarixi missiyaların həyata keçirilməsinə yönəlib.


Vasif QAFAROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

Milad günü Norveçdə qatarların hərəkəti dayandırılıb

17:26
25 Dekabr

"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

17:25
25 Dekabr

Roma Papası Ukrayna və Yaxın Şərqdəki vəziyyəti nizamlamağa çağırıb

17:22
25 Dekabr

Prezident İlham Əliyev: Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır

17:20
25 Dekabr

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

17:19
25 Dekabr

Fərid Qayıbov: "Uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin"  

17:19
25 Dekabr

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib

17:01
25 Dekabr

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNİB

16:20
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!