25 Dekabr 2024 08:25
137
SİYASƏT
A- A+
Qurucu lider

Qurucu lider


Liderliyin əsas meyarı tarixən Vətəninə təmənnasız xidmət, xalqını bütün varlığı ilə sevmək kimi üstün dəyərlər sayılıb. Xalqına xoş güzəran bəxş edən, ölkəsini ədalətlə idarə edən rəhbərə xalqın arzusunun tarixi insanlığın özü qədər qədimdir. 

Təəssüf ki, bu bəşəri istək zaman-zaman ictimai ideya olaraq qalıb və yalnız xalq yaradıcılığında, ədəbi əsərlərdə xəyalən gerçəkləşib. Sivil inkişafın demokratiya və insan haqları dövrünə daxil olduğu son iki əsrdə isə barmaqla sayılacaq qədər xalq onun istəklərini həyata keçirən liderə malik olub. Müasir Azərbaycan bu sırada yer alan və şansı gətirmiş ölkələrdən biridir. Dünya siyasətinin nəhənglərindən sayılan Ulu Öndər Heydər Əliyev məktəbinin yetkin, müdrik yetirməsi, onun ideya və əməllərinin layiqli davamçısı İlham Əliyev məhz belə fenomen lider olmağı bacardı.

Son iki onillikdə dünyada üstün nüfuz qazanan, öz xalqı ilə yanaşı, başqa xalqların da tarixi taleyində təsirli rol oynayan Azərbaycan Prezidenti İlham Əliyev zəmanənin parlaq lideri kimi şöhrətləndi. Azərbaycanın dövlət başçısının son 30 ilin ən mürəkkəb beynəlxalq münaqişəsi olan Qarabağ probleminin düyününü açması, qlobal hərəkatların önündə getməsi, dünyanın ikinci ən böyük birliyi olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsi, bu yöndə ciddi nəticələr əldə etməsi çağdaş liderliyin parlaq təcəssümüdür. 

 Hazırda xalqımızın müzəffər oğlu İlham Əliyev dünya liderləri tarixində heç kəslə müqayisə olunmayacaq üstün mövqedədir. Çünki prezident kimi İlham Əliyev xalqın, dövlətin maraqlarını qorumağı fəaliyyətinin prioriteti seçib. O, siyasi karyerası boyunca milli və bəşəri maraqları üzvi surətdə uzlaşdırmağın çağdaş örnəyini yaradıb. Azərbaycan lideri ölkəmizin iqtisadi, siyasi qüdrətini təmin edərək, respublikamızı inkişaf və sabitlik adasına çevirib, insan kapitalına xüsusi üstünlük verərək gələcək həyatımızın təminatçısı olub.

Davamlı iqtisadi islahatların uğurları zəminində sosial siyasətin ciddi nəticələr verməsinə nail olmuş Prezident İlham Əliyev dünyada həm də qurucu lider, xalqın rifah halını yüksəltmiş dövlət rəhbəri kimi seçilib, şöhrətlənib.

 Məhz xalqa ləyaqətlə xidmət etməklə nümunə sərgiləyən Prezident İlham Əliyev qlobal arenada azsaylı liderlərdəndir ki, xalq tərəfindən sevilir, daha geniş dəstək və etimad qazanır. Onun beynəlxalq tribunalarda səsləndirdiyi humanist mövqe, mütərəqqi ideyalar, qlobal hədəfli çağırışlar dünyanı heyran qoyur və məmnun edir. 

Qarabağ zəfərinin xronikası və mahiyyəti bir daha göstərir ki, biz bu inanılmaz qələbəni məhz Prezident İlham Əliyevin siyasi liderlik gücü və hərbi qüdrəti ilə qazanmışıq. Təkcə erməni cəmiyyəti deyil, dünyanın beyin mərkəzləri də bu danılmaz həqiqəti təsdiq edirlər. Bəli, biz İlham Əliyevin böyüklüyü ilə 4 ildir ki, Qarabağdayıq. Bu ümumxalq xoşbəxtliyinə nail olmuşuq, onilliklər ərzində itirdiklərimizi 4 ildə qürurla, qəhrəmanlıqla qazanmışıq. 

Qalib liderlər heç bir işi yarımçıq görmürlər. Müdrik və qətiyyətli dövlət başçısı İlham Əliyev də hər bir uğurunu davamlı prosesə çevirməyi bacarır. Qarabağın, Şuşanın işğaldan azad olunmasından sonra bir qarış torpağı belə azad etmək gücündə və imkanında olmayanların "mübarizə yarımçıq qaldı" bəyanatları, yaxud rus sülhməramlılarının gəlişinə, guya, "vətənpərvərlər"sayağı göz yaşı axıdanlar və bunu müstəqilliyimiz üçün təhdid sayanlar bu dəfə də rüsvaycasına yanıldılar!  Təxminən 24 saat ərzində Azərbaycan  beynəlxalq hüququn tanıdığı ərazisinin bütövlüyünü öz qüdrəti ilə tam təmin etdi. Rəşadətli ordumuzun Müzəffər Komandanı Xankəndidə də qələbə nitqi söylədi, bu böyük tarixi zəfərimizin sevincini xalqı ilə yaşadı! Bunun ardınca Azərbaycan liderinin prinsipial mövqeyi ilə rus sülhməramlıları Qarabağı tərk etdilər. 

Bu, Prezident İlham Əliyevin liderliyinin həm diplomatik, həm də hərbi baxımdan növbəti təsdiqi oldu. Azərbaycan lideri bir daha sübut etdi ki, o, dövlət və millət maraqları baxımından qeyri-mümkün görünəni reallığa çevirmək gücündədir.

 Azərbaycan liderinin gücü xalqın dəstəyində, onun arzularını gerçəkləşdirməyin yaratdığı ümumxalq məmnunluğundadır. Prezident İlham Əliyev dəfələrlə dünyaya barış mesajını verən Ali Baş Komandan kimi 24 saatlıq əməliyyatda da heç bir mülki şəxsin zərər görməməsi ilə beynəlxalq arenaya humanizm dərsi keçdi. Bu məqam İlham Əliyevin tək xalqımız üçün deyil, həm də bəşəriyyət üçün barış örnəyidir.

Belə lider öz adını tarixə xalqın sevgi və ehtiramını qazanmış rəhbər kimi yazır. Bu haqqın gücü, ədalətin təntənəsidir. Müxtəlif xalqların "Niyə, Prezident İlham Əliyev bu qədər çox sevilir?" sualının çox sadə cavabı bax, budur. Xalq onun arzularını həqiqətə çevirən liderini sevir. İstər ağır, çətin, istərsə də ən xoş günündə xalq yanında Prezident İlham Əliyevi görüb. 

 Fikir dahilərindən biri qeyd edir ki, Vətənə vurulan yaranı yurdsevər vətəndaş ürəyinin dərinliklərində hiss edir. Bu ağrını, bu yaranı 30 il ürəyimizdə daşıdıq, yaşadıq, sabaha ümidlə baxdıq. Amma içimizi anlayan, ürəyimizin adamı olan, xalqımızın əziz övladı məlhəm olaraq bütün ağrılarımıza, acılarımıza son verdi, bizə milli xoşbəxtlik bəxş etdi. 

Bununla da Prezident İlham Əliyev dünya üçün belə bir lider örnəyi, xalqımız üçün sonsuz qürur yaşadan bəşəri siyasi xadim nümunəsi oldu.


Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

Milad günü Norveçdə qatarların hərəkəti dayandırılıb

17:26
25 Dekabr

"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

17:25
25 Dekabr

Roma Papası Ukrayna və Yaxın Şərqdəki vəziyyəti nizamlamağa çağırıb

17:22
25 Dekabr

Prezident İlham Əliyev: Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır

17:20
25 Dekabr

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

17:19
25 Dekabr

Fərid Qayıbov: "Uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin"  

17:19
25 Dekabr

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib

17:01
25 Dekabr

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNİB

16:20
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!