25 Dekabr 2024 08:50
159
SİYASƏT
A- A+
Azərbaycanı zirvələrə yüksəldən Müzəffər Sərkərdə

Azərbaycanı zirvələrə yüksəldən Müzəffər Sərkərdə


2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkisi kimi yazıldı. Azərbaycan müstəqillik qazandıqdan sonra prezident seçkiləri ilk dəfə ölkəmizin işğaldan azad edilmiş hər bir şəhər, kənd və qəsəbəsində keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Bu hadisə hər bir azərbaycanlıda qürur hissi yaratdı. Prezident seçkilərində seçicilərin 92 faizindən çoxu cənab İlham Əliyevə dəstək verməklə müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyinə səs vermiş oldu. Azərbaycan xalqı cənab İlham Əliyevə hər zaman inanır. 

2003-cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. Ulu Öndər Heydər Əliyev prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu Öndər çıxışında Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı. Ulu Öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, həm də böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi. 

Prezident seçildiyi ilk dövrdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəb inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.

Neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dünya enerji sənayesində həlledici rol oynadı.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yolu xətti Asiya və Avropanı  birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu. Prezident İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyası, eləcə də yeritdiyi məqsədyönlü, müdrik xarici siyasət nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövləti ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu gün "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur.

Məhz Prezident İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi iqtisadi islahatlar, eləcə də güclü xarici siyasəti nəticəsində Azərbaycan bu gün tək regionda deyil, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. 

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi böyük layihələr Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verdi. Cənab İlham Əliyev dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan artıq kredit alan yox, digər dövlətlərə kredit verən dövlətə çevrilib. Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etdirilməsin. 

Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Gənclərimiz sağlam olmaqla yanaşı, beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıtdırırlar. Dövlət başçımız hər zaman azərbaycanlı gənclərə inandığını bildirir. Bu gün gənc, istedadlı, demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar. 

Dövlət başçısının ölkəmizdə yaratdığı müasir nəqliyyat, logistika infrastrukturu sayəsində Azərbaycan "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat qovşağının mərkəzinə  çevrilib. Şərqlə Qərbi birləşdirən bu orta nəqliyyat dəhlizinə bir çox Avropa və Asiya dövləti böyük maraq göstərir. Artıq bu marşrut xətlərilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da tranzit ölkə olaraq Azərbaycan iqtisadiyyatına böyük gəlir gətirməklə yanaşı, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu artırır.

Prezident İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı ölkəmizdə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. 

Cənab İlham Əliyevin daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və xalqın rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. İlham Əliyevin yeritdiyi müstəqil, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.

Prezident seçildiyi 21 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar. Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır. Otuz il işğal altında olan torpaqlarımız İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri ilə dünyada nümunə göstərilir. İlham Əliyev Azərbaycanda yaşayan bütün millətləri bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşdirib. 

Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artıb. İlham Əliyev Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsinə dair strateji nəzəriyyə yaradıb. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanıb. 

Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. Prezident hər zaman "Ermənistanla müharibəyə hazır olmalıyıq" fikrini səsləndirirdi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən İlham Əliyev Ali Baş Komandan olaraq Azərbaycanda güclü,  müasir ordu yaratdı. Bu ordu özləri üçün "məğlubedilməz ordu" imici yaratmış erməni silahlı qüvvələrini 44 günə darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa Böyük qayıdış dövlət proqramı reallaşmaqdadır. Keçmiş məcburi köçkünlər öz yurdlarına mərhələli şəkildə dönməkdədirlər. Müharibə bitəndən bu günədək bərpa və yenidənqurma işlərinə büdcədən 12 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Növbəti illərdə də kifayət qədər vəsait ayrılacaq. 

2023-cü il aprelin 23-də Laçın istiqamətində nəzarət buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Lakin Ermənistan dövlətinə və  Qarabağda qalan separatçılara məxsus silahlı dəstələr Azərbaycan hərbçilərinə və mülki şəxslərimizə qarşı terror aktları törətməkdə davam edirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu  Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. Ermənistana və separatçılara məxsus silahlı qüvvələr 24 saat belə Azərbaycan  Ordusu qarşısında tab gətirə bilmədi və təslim olduqlarını bildirdilər. Bununla da Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, xunta rejiminin Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş rəhbərləri həbs edilərək Bakıya gətirildi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. 

Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizə hörməti artırıb. 

Dünya dövlətləri tərəfindən COP29-un sessiyasının 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilməsi Azərbaycan dövlətinə böyük hörmətin və etimadın nümunəsidir. Azərbaycan COP-un yüksək səviyyədə keçirilməsi üçün qısa müddətdə bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Ölkəmizdə keçirilən COP29 konfransına 80 dövlət və hökumət başçısı, 76 mindən çox iştirakçı qatıldı. Bakıda dünya üçün əhəmiyyətli tarixi qərarlar qəbul edildi. İnkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşması elan edildi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. 2024-cü il 19 dekabr tarixdə Azərbaycan xarici siyasətində daha bir uğura imza atdı. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edildi. Bu ölkəmiz üçün qürurlu bir hadisədir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev öz ad günlərində şəhid ailələri ilə görüşür, onlar üçün inşa edilmiş yeni evlərin açılışlarında, işğaldan azad edilmiş ərazilərimizə səfər edərək sosial obyektlərin, məktəblərin, xəstəxanaların, yaşayış evlərinin istifadəyə verilməsində, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak edir. Bu, Prezidentimizin böyüklüyündən, öz xalqına olan dərin sevgisindən irəli gəlir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha yüksək zirvələr fəth edəcək və böyük uğurlara imza atacaq.


Kamilə ƏLİYEVA, 

BDU-nun kafedra müdiri, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

19:49
25 Dekabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:42
25 Dekabr

AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır  

19:36
25 Dekabr

Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər YENİLƏNİB 2

18:58
25 Dekabr

TBMM-in sədri təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədrinə başsağlığı verib  

18:47
25 Dekabr

Dekabrın 31-dən yanvarın 2-dək ölkə ərazisində gözlənilən ilkin hava proqnozu  

18:32
25 Dekabr

AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib  

17:47
25 Dekabr

Milad günü Norveçdə qatarların hərəkəti dayandırılıb

17:26
25 Dekabr

"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

17:25
25 Dekabr

Roma Papası Ukrayna və Yaxın Şərqdəki vəziyyəti nizamlamağa çağırıb

17:22
25 Dekabr

Prezident İlham Əliyev: Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır

17:20
25 Dekabr

Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

17:19
25 Dekabr

Fərid Qayıbov: "Uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin"  

17:19
25 Dekabr

Beynəlxalq Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib

17:01
25 Dekabr

Ən qədim mavi gözlü insan tapılıb

16:45
25 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib YENİLƏNİB

16:20
25 Dekabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:05
25 Dekabr

Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib  

16:02
25 Dekabr

“Honor” flaqman smartfonunu təqdim edib  

15:45
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında

15:43
25 Dekabr

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında  

15:41
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!