18 Iyul 2024 18:50
119
SİYASƏT
A- A+

Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA müşahidə missiyasının koordinatoru təyin edilib

 

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının spikeri Valentina Matviyenkonun Sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA-nın beynəlxalq müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

AZƏRTAC Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda MDB PA-nın üzvü olan dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleya rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin monitorinqində iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin buraxılması və ölkədə növbədənkənar parlament seçkilərinin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video