18 Iyul 2024 08:11
93
Təhsil
A- A+

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti və məsul şəxslər üçün təlim keçirilib

 

2024-cü ildən başlayaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən mütəmadi olaraq yeni qəbul olunmuş qaydalar və normativ hüquqi sənədlər ilə bağlı təlimlər keçirilir.

2023/2024-cü tədris ili üzrə sonuncu təlim 16 iyul 2024-cü il tarixində Azərbaycan Texniki Universitetində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti və məsul şəxslər üçün təşkil olunmuşdur. Təlimdə Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman şöbənin fəaliyyət istiqamətləri, təlimin məqsədi və Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına aid ümumi müddəaları barədə iştirakçılara məlumat verib.

Şöbə müdiri həmçinin elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətininəlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı ilə Elm və Təhsil Nazirliyinə həvalə oldunduğunu xatırladıb və "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 29.0.37-3-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hazırlanmasını təmin etmək ali təhsil  sahəsində dövlətin vəzifələrindən biri olduğunu vurğulayıb.

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası" ilə bağlı müvafiq təlimatları təlim iştirakçılarına çatdırıb.

Tədbirdə 300 nəfərdən çox əməkdaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası" barədə müvafiq məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmış, müxtəlif rəy və təklifləri dinlənilmişdir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video