18 Iyul 2024 09:43
94
CƏMİYYƏT
A- A+

Sosial şəbəkədə səfir Polad Bülbüloğlunun adından saxta videomüraciət yayılıb

 

Feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı (RF) fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından guya səhhətinin pis olması, həkimlərdən şikayət etməsi və məcburi müalicə kursu keçməsi barədə videomüraciət yayılıb.

Azərbaycanın RF-dəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, “deep-fake” texnologiyası ilə həyata keçirilən videomüraciət həqiqətə uyğun olmayan və yalan məlumat ehtiva edən kobud saxtakarlıqdır.

Diplomatik nümayəndəlik qeyd edib ki, belə bir müsahibə heç vaxt olmayıb və videoda nümayiş etdirilənlər Azərbaycanın “CBC” telekanalına bir dəfə verilən müsahibə əsasında başdan sona qədər hazırlanmış quramadır. Saxta videoda P.Bülbüloğlunun ekrandakı nitqinin təsvirlə üst-üstə düşmədiyi aydın görünür.

“Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq. Sözügedən saxta videomüraciət ilə bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcək. Xüsusi təəssüf hissi ilə qeyd edirik ki, feysbuk sosial şəbəkəsi təkrar müraciətlərə baxmayaraq şikayətlərə heç bir reaksiya vermir və bu məzmunun bloklanması və ya silinməsi üçün heç bir tədbir görmür”, - deyə səfirlikdən bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video