18 Iyul 2024 12:13
110
İQTİSADİYYAT
A- A+

Mikayıl Cabbarov İtaliyadadır


İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyada səfərdədir.

"Report" nazirliyə istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb. Görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində o cümlədən, ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.

Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

İqtisadiyyat nazirinin İtaliya Parlamentinin Xarici Ticarət Komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşdə isə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir.

M.Cabbarov İtaliyanın Lazio regionunun prezidenti Françesko Rokka ilə də görüşüb. Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Lazio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər.

Görüş İtaliyanın biznes subyektlərinin təmsilçilərinin iştirakı ilə davam etdirilib. İşgüzar dairələr arasında sənaye, energetika, o cümlədən “yaşıl” enerji, nəqliyyat-logistika, aqrar və digər sahələrdə yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın və Lazio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video