18 Iyul 2024 14:02
117
CƏMİYYƏT
A- A+

İtkin şəhid Yaşar Kərimovun nəşinin qalıqları Neftçalada torpağa tapşırılıb

 

Kərimov Yaşar Ələkbər oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Ağdam rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 31 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Yaşar Kərimovun nəşinin qalıqları isə doğma yurdu Neftçalada torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Yaşar Kərimovun nəşi Neftçala sakinləri tərəfindən izdihamla qarşılanıb və doğulub boya-başa çatdığı Qaramanlı kəndində ailəsinin yaşadığı evə gətirilib. Şəhidlər vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra nəşin qalıqları dəfn üçün Qaramanlı kənd məzarlığına gətirilərək torpağa tapşırılıb.

Qeyd edək ki, Kərimov Yaşar Ələkbər oğlu 1967-ci ildə Neftçala rayonu Qaramanlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1993-cü il iyulun 23-də Ağdam rayonu Şelli kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Yaşar Kərimov Bərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video