18 Iyul 2024 16:03
95
CƏMİYYƏT
A- A+

30 ildən sonra nəşi tapılan şəhid Zahid Nağıyev Ağdamda torpağa tapşırılıb

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nağıyev Zahid Baxış oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Zahid Nağıyevin nəşi ailəsinin yaşadığı Evoğlu kəndinə gətirilib. Şəhidlə vida mərasimi Qaradağlı kənd məzarlığında keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Nağıyev Zahid Baxış oğlu Birinci Qarabağ müharibəsində cəbhənin Füzuli və Ağdam istiqamətlərindəki döyüşlərdə iştirak edib. 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. Aparılan araşdırmalardan sonra döyüşçünün Ağdam rayonunun Xındırıstan kənd məzarlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video