18 Iyul 2024 17:35
104
İDMAN
A- A+

Rahil Məmmədov: "Radomyak"a transferimi karyeram üçün xeyirli hesab edirəm


"Radomyak"a transferimi karyeram üçün xeyirli hesab edirəm. Bunu "Report"a açıqlamasında Polşanın "Radomyak" komandasına transfer olunan Rahil Məmmədov deyib.
Yeni klubuna keçidi barədə danışan Azərbaycan millisinin müdafiəçisi seçiminin doğru olduğunu söyləyib: "Radomyak" daha yaxşı seçim oldu. Düşünürəm ki, həm şərait, həm də peşəkarlıq baxımından başqa seçimlərdən daha üstündür. Eyni zamanda, komandanın Polşa Ekstraklasası təcrübəsi də böyükdür. Bu transferi karyeram üçün xeyirli hesab edirəm. İnşallah, qarşıdakı 2 il mənim üçün uğurlu olar".
Qeyd edək ki, peşəkar karyerasına "Neftçi" klubunda başlayan 28 yaşlı futbolçu Azərbaycanda "Səbail", "Qarabağ" və "Zirə" klublarının şərəfini qoruyub. O, son olaraq Polşanın LKS klubunda çıxış edib. 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video