18 Iyul 2024 15:35
113
DÜNYA
A- A+

Ursula fon der Lyayen: Avropa Müdafiə İttifaqının qurulmasının əsl vaxtıdır


İndi Avropa Müdafiə İttifaqının qurulmasının əsl vaxtıdır. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ukraynaya müqavimət göstərməsi və qalib gəlməsi üçün lazım olan hər şey verilməlidir:"Bu, gələcəyimiz üçün əsas seçim etmək deməkdir. Onilliklər ərzində ilk dəfədir ki, azadlığımız təhlükə altındadır. Avropa vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi etmək bizim məsuliyyətimizdir. İndi Avropa Müdafiə İttifaqının qurulmasının əsl vaxtı olduğuna inanıram. Bəli, bilirəm ki, bu fikirdən narahat olanlar var. Amma bizi narahat edən şey təhlükəsizliyimizə təhdidlərdir. Üzv dövlətlər öz milli təhlükəsizlikləri və orduları üçün məsuliyyət daşıyacaqlar və NATO bizim kollektiv müdafiəmizin sütunu olaraq qalacaq".
AK rəhbəri qeyd edib ki, müdafiəyə ayırdıqları xərclər çox az və səmərəsizdir:"Xarici xərclərimiz çox böyükdür, ona görə də biz vahid müdafiə bazarı yaratmalıyıq. Biz yüksək səviyyəli müdafiə imkanlarına daha çox sərmayə qoymalıyıq. Məsələn, təkcə hava məkanımızı qorumaq üçün deyil, həm də müdafiə məsələlərində Avropa birliyinin güclü simvolu kimi hərtərəfli hava hücumundan müdafiə sistemi – Avropa Hava Qalxanı yaratmalıyıq. Təhlükəsizlik təkcə xarici təhlükələrdən ibarət deyil. Kiber və hibrid təhlükələr artır. Mütəşəkkil cinayətkar şəbəkələr iqtisadiyyatımıza nüfuz edir; əksəriyyəti korrupsiyadan istifadə edir. Bunların qarşısı alınmalıdır".
Ursula fon der Lyayen onu da əlavə edib ki, xarici sərhədlərimizi qorumaq üçün daha çox işlər görülməlidir:"Xüsusilə sərhəd hibrid hücumlar və təxribatların hədəfinə çevrilib.Rusiya Yəməndən olan miqrantları şimala doğru şirnikləndirir və onları qəsdən Finlandiya sərhədinə doğru itələyir. Biz həmişə nəzərə almalıyıq ki, üzv dövlətin sərhədi Avropa sərhədidir. Biz onları daha da gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Mən Avropanın sərhəd və sahil mühafizələrinin sayını üç dəfə artıraraq 30 minə çatdırmağı təklif edəcəyəm".

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video