18 Iyul 2024 15:40
110
CƏMİYYƏT
A- A+

Şəhid Akif Abbasovun nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb

 

Birinci Qarabağ müharibəsində itkin düşən və 31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Daşkəsən rayonunun Əhmədli kənd sakini şəhid Abbasov Akif İlyas oğlunun nəşinin qalıqları Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin cənazə namazı ailəsinin yaşadığı evdə qılınıb, dualar oxunub. Sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yayılım atəşi açılıb.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin qardaşı Nizaməddin Abbasova təqdim edilib.

Qeyd edək ki, şəhid Abbasov Akif İlyas oğlu 1 iyul 1970-ci ildə Daşkəsən rayonunun Əhmədli kəndində anadan olub. O, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 28 dekabr 1993-cü ildə Ağdərə rayonunun Salahlı kəndi ərazisində erməni silahlı dəstələri ilə gedən döyüşlərdə hərbi xidməti borcunu yerinə yetirərkən müqəddəs şəhidlik zirvəsinə ucalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video