Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacaq
Azərbaycanda iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti, dağlarda gecə 14-18°, gündüz 18-23° isti olacağı bildirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
30 ildən sonra nəşi tapılan şəhid Zahid Nağıyev Ağdamda torpağa tapşırılıb
18 Iyul
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağl...
18 Iyul
“Paris-2024”: Olimpiya kəndi idmançıları qarşılayır
18 Iyul
Şəhid Akif Abbasovun nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb...
18 Iyul
Britaniyanın xarici işlər üzrə dövlət katibi Azərbaycan tərəfindən sülh prosesi ilə bağlı atılan add...
18 Iyul
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında i...
18 Iyul
Ursula fon der Lyayen: Avropa Müdafiə İttifaqının qurulmasının əsl vaxtıdır
18 Iyul
"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb
18 Iyul
Elcan Hacıyev: Olimpiya çempionu olub atamı sevindirmək istəyirəm
18 Iyul
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib
18 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
![](/uploads/img/posts/2024/07/17/Clipjpg-1721164495.jpg)
Ən böyük azərbaycanlı14 Iyul 2024
![](/uploads/img/posts/2024/07/14/h-0jpg-1720931652.jpg)
İlk Qurtuluş günü13 Iyul 2024
![](/uploads/img/posts/2024/07/13/1-16-1 copy Копированиеjpg-1720822565.jpg)
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
![](/uploads/img/posts/2024/07/12/17202756864283358409jpg-1720740093.jpg)
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
![](/uploads/img/posts/2024/07/11/17207173555827441072_1200x630jpg-1720721554.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!