18 Iyul 2024 10:54
132
CƏMİYYƏT
A- A+

“AzerGold” tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunun Çovdar kəndində içməli su təminatının yaxşılaşdırılması məqsədilə mövcud bulağın əsaslı təmiri və yenidən qurulmasını həyata keçirib.

QSC-dən bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndin sakinlərinin müraciəti əsasında bərpa edilən bulağın istifadəyə verilməsi mərasimində iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev Çovdar kəndinin sakinlərinin gördüyü işlərlə tanış olub. Tədbir çərçivəsində sakinlərin müraciətləri də dinlənilib, cari aktual olan məsələlər müzakirə edilib.

Səhmdar cəmiyyət tərəfindən bulağın mənbə hissəsindən gələn suyun toplanması, çökdürülməsi və təmizlənməsi üçün xüsusi çən quraşdırılaraq, yeni su xətti çəkilib, əsaslı təmir edilmiş bulağın ətrafında abadlıq işləri aparılıb. Yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verilib.

Qeyd olunub ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hər kəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə töhfə vermək məqsədi daşıyır. Belə ki, daha əvvəl Daşkəsən rayonunun Çaykənd kəndi və “Şadax” adlanan yaşayış məntəqəsində də yeni bulaqlar inşa edilərək yerli əhalinin istifadəsinə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video