11 Sentyabr 2024 08:45
2255
Elm və texnika
A- A+
Süni intellekt zəlzələni proqnozlaşdıra bilirmi?

Süni intellekt zəlzələni proqnozlaşdıra bilirmi?

 

Elm və texnika zəlzələnin qarşısında hələ də acizdir. Bu təbii fəlakət güclü dağıdıcı təsirə malik olduğuna görə seysmoloqlar onun haqqında öncədən dəqiq məlumata sahib olub, yarana biləcək təhlükələrin qarşısını almaq üçün uzun illərdir səy göstərirlər. 
Alimlər bildirirlər ki, zəlzələlərin harada baş verə biləcəyini söyləyə bilsələr də, onun zamanını və gücünü dəqiqliklə demək elmin malik olduğu imkanlarla hələ ki mümkün deyil.
Günbəgün inkişaf edən texnologiya və süni intellekt sayəsində tədqiqatçılar son zamanlar bu istiqamətdə müəyyən nailiyyətlər əldə edirlər. ABŞ-nin Berkli Kaliforniya Universitetinin və Kaliforniya Qubernatorluğunun Fövqəladə Xidmətlər İdarəsinin birgə işi sayəsində avqustun 13-də Los-Ancelesdə baş verən 4,4 bal gücündə zəlzələnin insanlar üçün qəfil olmasının qarşısı alınıb. Smartfonlara yüklənilən yeni tətbiq ilə Los-Ancelesdə yaşayan təxminən 4 milyon insan mobil telefona yüklənilən tətbiq vasitəsilə zəlzələ xəbərdarlığı alıb. Kaliforniyadan Vaşinqtona qədər smartfonlara daxil olan məlumatları toplayan proqram telefonun yerinə görə zəlzələ xəbərdarlığını göndərib. Berkli Universitetinin Seysmologiya Laboratoriyasının direktoru Riçard Allen deyib ki, xəbərdarlığın müddəti zəlzələnin yerindən və telefonların işləkliyindən asılı olaraq dəyişib.
Texas Universitetinin əməkdaşı Sergey Fomel komandası ilə birlikdə Çində yeddi ay davam edən təcrübə çərçivəsində zəlzələnin proqnozlaşdırılmasını həyata keçirib. Bu sahədə mühüm addımlar atan tədqiqatçılar süni intellekt alqoritmi ilə zəlzələləri 70 faiz dəqiqliklə proqnozlaşdırıblar. 
Araşdırma haqqında danışan S.Fomel bildirib ki, əvvəlki cəhdlərin çoxu zəlzələlərin mürəkkəb strukturunun həllinə yönəlmişdi: "Biz isə statistik məlumatları süni intellektdən istifadə edərək təhlil etdik. Heç kim belə uğurlu və heyrətləndirici nəticə gözləmirdi".
Bir neçə saniyənin həyati əhəmiyyət kəsb etdiyi zəlzələ anı haqqında dəqiq proqnoz verməyin mümkün olub-olmadığı hələ də müzakirə mövzusudur. Bu təbii fəlakəti 100 faiz proqnozlaşdıran bir sistemin hazırlanması üçün tədqiqatçılar gecə-gündüz çalışırlar. Dünyanın ən aktiv zəlzələ nöqtələrindən birinə sahib olan Yaponiya yüksəktexnologiyalı məhsullar istehsal etməsinə baxmayaraq, zəlzələ proqnozu verə bilməyərək yalnız xəbərdarlıq mətni yayımlayır. Yaponiya Meteorologiya Agentliyi tarix, saat və məkan göstərməklə zəlzələləri proqnozlaşdıran məlumatların yanıldıcı olduğunu bildirir.
Süni intellektdən istifadə zəlzələlərin proqnozlaşdırılmasında ümidverici nəticələr verdiyi üçün ABŞ mütəxəssisləri yeni tətbiqi ABŞ-nin Qərb sahili, Yaponiya və Aralıq dənizi kimi seysmik cəhətdən aktiv bölgələrdə də sınaqdan keçirməyi planlaşdırdıqlarını söyləyirlər.
Artıq bir müddətdir ki, Android istifadəçilərinə zəlzələ başlayan zaman xəbərdarlıq smsləri gəlir. Bəs bu, necə baş verir? Android sistemi ABŞ-nin zəlzələ ilə bağlı Erkən Xəbərdarlıq Sistemi olan "ShakeAlert"lə əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, bütün smartfonlarda titrəmə və sürəti hiss edən kiçik akselerometrlər var. Telefon titrəməni aşkar edərsə, zəlzələnin baş verdiyi yer haqqında məlumatı  zəlzələ təyinetmə serverinə göndərir. Daha sonra server zəlzələnin olub-olmadığını anlamaq üçün bir çox telefondan gələn məlumatları birləşdirir. Bunun üçün bütün dünyada mini seysmometrlər kimi istifadə edilən 2 milyarddan çox Android sisteminə malik telefonlardan istifadə edilir. Bu smartfonlar zəlzələnin vibrasiyasını və sarsıntı sürətini aşkar edir və müvafiq olaraq təsirlənmiş ərazilərdə Android istifadəçilərini sms vasitəsilə xəbərdar edir.
Mövcud GPS texnologiyalarından 100 qat daha həssas sensorların istehsal edilməsinin lazım olduğu qənaətinə gələn Berkli Kaliforniya Universitetinin mütəxəssisləri yalnız bu baş verərsə, zəlzələləri əvvəlcədən proqnozlaşdırmağın mümkünlüyünü vurğulayırlar.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!