22 Dekabr 2024 09:04
124
CƏMİYYƏT
A- A+
Bakı qışa necə hazırlaşır?

Bakı qışa necə hazırlaşır?


 Hidrometeoroloqlar bu qışın Azərbaycanda sərt keçməyəcəyini, havanın orta temperaturunun çoxillik normaya yaxın olacağını proqnozlaşdırırlar.

Ötən gün saat 13:20:30-da ölkəmizə daxil olan qış fəslində yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı qeyd edilir. Hər il olduğu kimi, bu il də Bakıda əsasən yanvar və fevral aylarında qışın sərt üzü ilə qarşılaşa bilərik. Bu baxımdan bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi proqnozlaşdırılır.

Təbii ki, qarlı və şaxtalı hava şəraiti xüsusən meqapolislərdə müəyyən çətinliklər yaratmaqla hərəkəti məhdudlaşdırır. Bu baxımdan Bakıda payız aylarından etibarən kəskin hava şəraitinə hazırlıqlar görülür.

Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, şəhərin rayonlarında kommunal təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Müşavirələrin əsas məqsədi isə rayon təsərrüfat xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığının vəziyyətinin araşdırılmasıdır.

Bu il paytaxtda qışa hazırlıqla bağlı hansı işlərin görüldüyünü, qartəmizləyən texnikaların işləkliyi, həmçinin duz tədarükünün hansı həcmdə olduğunu, Bakının sərt hava şəraitinə necə hazırlaşdığını Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təchizat İdarəsinin rəisi Mübariz Hüseynovdan  öyrəndik.

İdarə rəisi qəzetimizə açıqlamasında bildirdi ki, sentyabr ayından Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı kommunal təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə vaxtaşırı müşavirələr keçirilib və qışa hazırlıqla bağlı aidiyyəti üzrə hər birinə göstərişlər verilib: "Müşavirələrdə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığının vəziyyəti araşdırılıb, görülməsi zəruri işlər müzakirə edilib. O cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təchizat İdarəsinə xüsusi təyinatlı texnikalar vasitəsilə Bakı şəhərinin əsas yollarının qar və buz örtüyündən duz səpilərək təmizlənməsi və kürünməsi tapşırılıb. Həmin vaxtdan idarənin balansında olan 60-dan çox qış texnikası təmir edilib, texniki baxışdan keçirilib və hər biri saz vəziyyətə gətirilib. Hazırda həmin maşın və mexanizmlər start xəttindədir".

M.Hüseynov qeyd etdi ki, müşavirələrdə əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib. Rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraklarına çağırış edilib.

İdarə rəisi söylədi ki, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təchizat İdarəsi qarlı, şaxtalı havalarda sutkalıq növbəli iş rejimi ilə fəaliyyət göstərəcək: "Sutkalıq iş rejimində hər bir rayon üzrə vəziyyəti nəzarətdə saxıamaq üçün işçi qrupları yaradılıb. Xüsusi qış geyimi ilə təchiz edilmiş işçilərin hər biri təlimatlandırılıb. Onların qalması üçün idarədə kazarmalar əvvəldən mövcud olsa da, hər biri yenidən təmir edilərək, istilikverici aqreqatlar quraşdırılıb. Həmin operativ işçi qruplar Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış qərargahla mütəmadi olaraq əlaqə saxlaya bilirlər".

Hazırda kifayət qədər duz ehtiyatının olduğunu deyən M.Hüseynov bildirdi ki, şəhərdə müəyyən olunmuş dislokasiyalar üzrə maşınlar təyin edilib və hər bir rayon üzrə duz anbarları yaradılıb. Ərazidə işin operativ aparılması üçün xüsusi yükləyici texnikalar duz anbarlarının yanında dayanaraq, lazım olduğu təqdirdə yüklənərək, buz bağlamış, qar yağmış yollara duz səpirlər. "İşimizə adətən gecə saatlarından başlayırıq ki, bununla piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi pozulmasın. Beləliklə, səhərə qədər yolları qardan təmizləyərək nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradırıq".

Verilən məlumatlara əsasən deyə bilərik ki, Bakı qışın sərt üzünə artıq hazırdır. Amma hazırlıqla yanaşı, hərəkət iştirakçılarının da qarlı, şaxtalı havalarda diqqətli olması və məsuliyyətli davranmaları mütləqdir. Soyuğa, şaxtaya baxmayaraq, hər kəs kimi, Bakı sakinləri də paytaxtımızı ağ örpəyə bürüyəcək qarın yağmasını səbirsizliklə gözləyir. Qar təmizlik, saflıq, bərəkət rəmzidir. Yeni il ərəfəsində yağan qar isə insanlara bayram hədiyyəsi olacaq.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!