22 Dekabr 2024 08:53
121
DÜNYA
A- A+
"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

  

İkinci Qarabağ müharibəsinin reallıqlarından biri Fransanın özünü ifşa etməsi oldu. Müharibənin ilk günlərindən bu günə qədər Prezident Emmanuel Makron ölkəsinin neytrallığını unudaraq tam ermənipərəst siyasət yürütməkdədir. Əlbəttə, onun bu addımları Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında iflasa uğrayır.

Fransanın dövlət səviyyəsində Ermənistana "sevgisi" anlaşılandır. Bu ölkədə erməni lobbisi bir çox məsələni həll edə bilir. Fransa Prezidenti də, ölkənin parlamenti də maraqlarını erməni lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdırıb. Bu isə Fransanın bir dövlət kimi nüfuzunu əhəmiyyətli dərəcədə zədələyib.

Fransadakı erməni lobbisini və onların tapşırıqlarına uyğun davranan Makronu  Azərbaycanın postmüharibə dövründə belə beynəlxalq səviyyədə nüfuza sahib olması ciddi narahat edir. Məlum olduğu kimi, artıq Qərb və bəzi Avropa ölkələri dünya siyasi arenasında öz dominantlığını itirməkdədir. Dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd edib ki, Makron hökumətinin əsassız olaraq özünü böyük sayması onları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Dövlət başçısı əlavə edib ki, bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlər sadəcə böhran həddinə çatdı, sonradan daha da pisləşdi: "2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər".

Həqiqətən də, Fransa Prezidenti  həm müharibə günlərində, həm də ondan sonra göstərdi ki, haqsızlığın və işğalçının yanındadır. Mütəmadi olaraq dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün cəhdlər edir. Həmçinin regionda süni gərginlik yaradaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır.

Fransa hakimiyyət orqanları başqa dövlətlərin işlərinə qarışmaqdansa, özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına fokuslanmalıdırlar. Fransada qeyri millətlərdən olan şəxslərin hüquqlarına qarşı etinasızlıq hökm sürdüyü halda, həmin ölkənin icra və qanunvericilik orqanlarının nümayəndələrinin ermənilər üçün canfəşanlıq göstərmələri siyasi şoudan başqa bir şey deyil.

Hər kəsə məlumdur ki, Fransada etnik azlıq və onların haqlarının müdafiəsi anlayışı qəbul edilmir. Bu ölkə işğal etdiyi Korsika adasında yerli xalqın dilini tanımır, dənizaşırı ərazilərdə hələ də müstəmləkəçilik siyasəti yürüdür və həmin xalqların hüquq və azadlıqlarına hörmət etmir. Bu azmış kimi, "insan haqlarının müdafiəçisi" roluna girib, guya digər regionlarda yaşayan hansısa azlıqlar üçün xüsusi hüquqlar tələb edir.

Kolonializm təfəkküründən qurtala bilməyən Fransanın bu davranışı bir daha sübuta yetirir ki, bu ölkə siyasi riyakarlığından əl çəkmir. Son aylarda Afrikada Fransa əleyhinə baş verən hadisələr də onun bu "humanist" davranışlarının müstəmləkə siyasətinə xidmət etdiyini açıq-aydın ortaya qoyur. Buna toxunan Prezident İlham Əliyev bildirib ki, hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir: "...Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara "Əlvida!" dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları "günah keçisi" edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın?"

Fransa əvvəldən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində qərəzsiz və tərəfsiz mövqe tutmayıb, əksinə, vəziyyəti gərginləşdirmək üçün nə bacarıbsa, həyata keçirib. Azərbaycan isə sülh və sabitliyin təminatı üçün konstruktiv dialoqlara sadiqdir. Prezident Makronun erməni sevdasına uyub mütəmadi pafoslu bəyanatlar səsləndirməsi ucuz kampaniyadan başqa bir şey deyil.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!